Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi- ŞƏKİL

Tarix: 28-04-2019 20:33     Baxış: 3225 A- / A+
Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi- ŞƏKİL

Estoniyada "Yaşıllar" partiyasının sədri vəzifəsinə yenidən Züleyxa İsmayılova seçilib.
Manevr.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın illik konqresində qəbul olunub.

Qeyd edək ki, partiyanın sədrliyinə namizədliyini Estoniyanın keçmiş birinci xanımı Evelin İlves də irəli sürmüşdü.
Azərbaycanlı xanım Estoniyada yenidən partiya sədri seçildi- ŞƏKİL

Züleyxa İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Züleyxa İsmayılova ilk dəfə 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005-2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017-ci ildə Tallin şəhərinin vitse-meri seçilib.

O, 2016-cı ildə "Anne Stiil" jurnalının versiyasına görə Estoniyada "İlin qadını" seçilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar