Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Babayan inkar etdi: Mehri-Laçın razılaşması olmayıb

Tarix: 19-04-2019 18:18     Baxış: 2225 A- / A+
Babayan inkar etdi: Mehri-Laçın razılaşması olmayıb


Robert Köçəryanın 1999-cu ildə Mehrini Azərbaycana verməyə razılaşması xəbəri həqiqət deyil.

Bunu jurnalistlərə açıqlamasında qondarma Dağlıq Qarabağ rejiminin keçmiş müdafiə naziri Samvel Babayan deyib.

“Mehridəki ərazi 49 kilometrdir, Qarabağın nəzarətində isə 110 kilometrlik sahə var. Əgər 1999-cu ildə onların dediyi kimi danışıqlar aparılıbsa, o zaman onlar məndən iznsiz 100 kilometri necə verməyi planlaşdırırdılar. Mən o zaman Qarabağda “müdafiə naziri” idim. Onlar mənlə danışmalı idilər, amma heç bir danışıq olmadı. Mehri məsələsini heç vaxt eşitməmişəm”, - o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan Robert Köçəryana ünvanlandığı açıq məktubunda onun 1999-cu ildə Mehrini Laçının əvəzində Qarabağa verməyə hazır olduğunu bildirmişdi.

Əslində bu məsələ Qobl planında öz əksini tapıb. Bu plana əsasən, Qarabağ Azərbaycana qaytarılmalı, Dağlıq Qarabağla Ermənistan, eləcə də Azərbaycanla Naxçıvan arasında quru yolu xəttinin təmini üçün Ermənistanın Mehri bölgəsi Azərbaycana, Laçın rayonu isə Ermənistanın nəzarətinə verilməli idi.

Planla bağlı aktiv iş 1999-cu ilin aprelindən oktyabrına qədər aparılıb. Belə ki, ABŞ-ın təşəbbüsü ilə həyata keçirilən planın gerçəkləşdiriləcəyinə dair yekun qərar 1999-cu ilin 22 avqustunda Azərbaycan və Ermənistan liderlərinin Cenevrə görüşündən sonra verildi. Həmin ilin 27 oktyabrında ABŞ dövlət katibinin müavini Stroub Telbotun İrəvana səfərindən bir gün sonra Ermənistanda parlament teraktı baş verdi ki, bu da planı gerçəkləşdirilməsi imkanlarını sıfra endirdi.

Samvel Babayana gəlincə isə onun “müdafiə naziri” kimi fəaliyyəti 1999-cu ildə bitib. 2000-ci ildə isə o, qondarma rejimin liderinə qarşı sui-qəsddə ittiham edilərək həbs olunub və 4 il 6 aydan sonra əfv edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar