Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Moskva görüşünün Azərbaycan üçün riskləri - Şərh

Tarix: 17-04-2019 22:26     Baxış: 3226 A- / A+
Moskva görüşünün Azərbaycan üçün riskləri - Şərh

Moskva görüşündə əldə olunan razılaşmanın təmin etmək siyasi cəhətdən risksiz addımdır. Azərbaycan tərəfi buna hazırdır, hazırda Ermənistan tərəfi bu razılaşmaya əməl etməlidir.
Manevr.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Moskva görüşünün Azərbaycan üçün riskləri - Şərh
Onun sözlərinə görə, Azərbaycan hər zaman tələb edirdi ki, cəbhə xəttinə yaxın yerlərdə stabil vəziyyət yaransın, xüsusən yaz aylarında əkin-biçin edən əhalinin həyatına təhlükə olmasın: “Digər tərəfdən girovların azad olunması ilə bağlı təklifləri də Azərbaycan tərəfi verir. Ona görə də razılaşmalar əsasən Ermənistana ünvanlanıb”.

Politoloq hesab edir ki, bu razılaşmalar danışıqlar prosesi üçün müəyyən fon yaradır: “Ermənistan bu razılaşmaya riayət etməklə özünü sözübütöv tərəf kimi göstərə bilər. Bundan sonra digər məsələləri də müzakirə etmək olar. Ermənistan şərtlərə əməl etməsə, bir daha onu nümayiş etdirəcək ki, humanitar məsələlərə belə əməl etmir və vəziyyəti gərginləşdirən məhz bu dövlətdir”.

Jurnalistlərin qarşılıqlı səfərinə gəlincə, İlqar Vəlizadə bunun vacib məsələ olduğunu vurğulayıb: “Jurnalistlər Bakı və İrəvana getməklə reallıqları cəmiyyətə çatdıracaq. Azərbaycan tərəfi həmişə bildirir ki, ölkəmizdə ermənilərə qarşı nifrət yoxdur, qəzəb və suallar hakimiyyətə ünvanlanır. Ali hərbi və siyasi rəhbərlik də bəyan edir ki, bu vəziyyətdən erməni xalqı əziyyət çəkir. Erməni tərəfi necə zərərçəkən olduğunu Bakıya səfərə gələndə daha aydın başa düşəcəklər. Əslində iqtisadi tənəzzül yaşanır, Azərbaycana səfər etməklə gözləri ilə görəcəklər ki, real olaraq məğlub tərəf heç də Azərbaycan deyil. Cəmiyyətin mövqeyini də sadə vətəndaşlara çatdıra bilərlər, hər halda işin xeyrinə olacaq”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva görüşündən sonra jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı, İrəvan və Dağlıq Qarabağa səfərlərinin təşkil olunacağını bildirib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar