Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafadan sensasional suçlama: "Siyasi narazılığın məktəb üzərindən zəifbənd axtarışları ..."

Tarix: 15-04-2019 22:30     Baxış: 3229 A- / A+
Fazil Mustafadan sensasional suçlama: "Siyasi narazılığın məktəb üzərindən zəifbənd axtarışları ..."

Millət vəkili Fazil Mustafa sosial şəbəkədə xüsusi qeydlərlə çıxış edib.

Manevr.az həmin qeydləri təqdim edir:

"Sabah-sabah məlumat oxudum ki, Bakı şəhəri Nəsimi rayon 35 saylı orta məktəbdə eyni sinifdə oxuyan bir oğlan bir qızı döyüb. Qızın atası da bu barədə polisə şikayət edib. Polisin operativ araşdırmasından sonra döymə faktı öz təsdiqini tapmayıb və nəhayət bu məqsədlə məktəbdə direktor tərəfindən çağırılan valideyn iclasında məsələyə tam aydınlıq gəlib. Sinifdə tənəffüs zamanı uşaqlar arasında kiçik bir dartışma olub, dərhal da söhbət qapanıb. Oğlan qızdan xeyli çəlimsiz olduğuna görə müəllimlərə də onun kimisə döyməsi ehtimalı inandırıcı gəlməyib. Bununla belə, iclasda qızın atası evdə bu söhbəti eşidəndən sonra əsəbləşdiyini və polisə zəng etdiyini söyləyib. Sonradan öz davranışının yanlışlığını anlayaraq ərizəsini polisdən geri götürüb.

Bunu məktəbdə həm oğlanın, həm qızın valideynlərinin də iştirak etdiyi iclasda özü etiraf edib və məsələ tamamilə qapanıb. Sonra saytlarda Leyli-Məcnundan başlayaraq Məhəmməd Əlinin Co Frezerlə döyüşünə qədər hadisə üzərində nağılların uydurulduğunu görəndə məsələyə o qədər də sadəlövh yanaşmaq istəmədim. Demək ki, ölkəmizdə siyasi narazılığın məktəb üzərindən zəifbənd axtarışları sezilməyə başlayır. Məktəblərdə 20 il öncə olduğu kimi indi də çözülməmiş problemlər var, yaxşı və pis direktorlar, müəllimlər var. Ancaq bütün hallarda məktəb uşaqları etibar edəcəyimiz ən təhlükəsiz və faydalı məkanlardan biridir. Bu cür hadisələrin şişirdilərək tirajlanması inanın ki, ciddi fəsadlar törədəcək.

Elə edəcəklər ki, müəllimlər sinif pəncərələrinin qabağında durub səssizcə zəng vaxtının çatmasını gözləyəcəklər. Nəyinə lazım başına iş açsın? Nəyinə lazım kimisə narazı salsın? Soruşanda da deyəcək ki, mənim vəzifəm şagirdi öyrətmək deyil, onu evinə çıxıb gedənə qədər mühafizə etməkdir. Təbii ki, şagirdlərin mühafizəsi vacibdir, ancaq bunun üçün məktəblərdə kameralar quraşdırılıb, mühafizə xidməti var, bütün məsuliyyəti müəllimin üzərinə qoymaq nə dərəcədə normal sayıla bilər? Fikrimcə, məktəblərlə bağlı informasıyaların yayılmasında olduqca diqqətli olmalıyıq, bilərəkdən və ya bilmədən zədələdiyimiz müəllim-şagird-ailə münasibətlərini sonra bərpa etmək çox-çox çətin olacaq".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar