Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın Qarabağla bağlı növbəti HİYLƏSİ

Tarix: 12-04-2019 19:32     Baxış: 3217 A- / A+
Paşinyanın Qarabağla bağlı növbəti HİYLƏSİ

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 11-də AŞPA-da çıxış edib. O Strasburqdakı tribunadan istifadə edərək özünü yenidən "sülh çarçısı" kimi göstərməyə çalışıb.

Paşinyanın AŞPA-dakı çıxışını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan guya sülh istəyir, qarşı tərəf isə müharibəyə can atır.

"Bu Paşinyanın növbəti hiyləgər gedişidir. İki dünya müharibəsi görən, dağılan və yenidən qurulan Avropa bu gün pasifist olduğundan sülhdən danışan istənilən lideri dinləməyə hazırdır. Ancaq gərək Strasburqda Paşinyanı dinləyənlərdən kimsə onu sual yağışına tutaydı ki, "necə sülh?", "işğala son qoyan ədalətli sülh, yoxsa bölgəni növbəti müharibəyə sürükləyən sülh?" və s.

Paşinyan kreativ görünməyə çalışır və Strasburqdakı çıxışında bu strategiyasını davam etdirdi. Məsələn, dedi ki, Ermənistanda xalqın inqilab yolu ilə qurduğu demokratik hökumət Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni nəfəs gətirib. Nədir bu yeni nəfəs?"

Ekspert Paşinyanın bunu bir qədər əhatəli izah edib.

"Birincisi, Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərini müsbət adlandırdı, ancaq əlavəsini də unutmadı: "Gərək iki ölkənin cəmiyyətləri arasında da dialoq başlasın ki, biz xalqlarımızı müharibəyə deyil, sülhə hazırlayaq".

Bu Paşinyanın növbəti hiyləgər açıqlamasıdır. Beynəlxalq təşkilatların və Minsk Qrupu həmsədlərinin istənilən bəyanatında və birgə açıqlamasında eyni cümlə yer alıb və Paşinyan həmin cümləni olduğu kimi təkrarlayıb. Paşinyan sosial şəbəkələrin dialoq meydanına çevrilə biləcəyini də vurğulayıb.

İkincisi, Paşinyan son zamanlar münaqişənin həllindən danışarkən belə bir cümlə işlədir və bunu Strasburqdakı çıxışında da təkrarladı: "Münaqişənin istənilən həll variantı Ermənistan xalqının, Dağlıq Qarabağ xalqının və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır". Göründüyü kimi, o münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Gərək yenə də kimsə Paşinyanın bu cümləsiylə bağlı ona sual verəydi ki, "niyə münaqişənin həlli birinci növbədə Ermənistan xalqının maraqlarına uyğun olmalıdır?". Paşinyan ədalətli görünsün deyə cümləsinin sonunda Azərbaycan xalqının da adını çəkir və bunu belə izah edir: "Bu əslində bizim tərəfdən cox cəsarətli cümlədir". Yəni Paşinyan "münaqişənin həlli həm də Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır" açıqlaması ilə sanki böyük güzəştə getdiyini vurğulmağa çalışır və eyni yanaşmanı rəsmi Bakıdan gözlədiyini bildirir. Yəni Paşinyana görə rəsmi Bakıda oxşar açıqlama verməlidir: "Münaqişənin həllin Azərbaycan xalqının, Dağlıq Qarabağ xalqının və Ermənistan xalqının maraqlarına uyğun olmalıdır". Bizim açıqlamamız belə ola bilər: "Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən həll yolu bölgədə yaşayan bütün xalqların maraqlarına uyğun olacaq və bu bölgədə sülhün, sabitliyin və inkişafın əsasını qoyacaq".

Üçüncüsü, Paşinyan Strasburqdakı çıxışının sonrakı hissəsində AŞPA-ya da daş atdı. Sən demə, Paşinyanın sözlərinə görə 2016-cı il aprel müharibəsinə həm də həmin il qış sessiyasında bu beynəlxalq təşkilatda müzakirələr səbəb olub. Bəli, həmin il AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamə qəbul edilib. Paşinyan başqa sözlə demək istəyir ki, rəsmi Bakı həmin qətnaməyə əsaslanaraq hücum əməliyyatına başlayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatların Qarabağla bağlı bütün qətnamələri Azərbaycanın lehinədir və Azərbaycan ordusu bu qətnamələrdən istənilən birinə istinad etməklə hücum əməliyyatına başlaya bilər. Paşinyanın AŞPA-dan başqa bir narazılığı da var idi: "AŞPA Dağlıq Qarabağın demokratik institutlarının və vətəndaş cəmiyyətinin inkişafı üçün heç nə etmir, Strasburqun Dağlıq Qarabağdakı qeyri-hökumət təşkilatlarına dəstəyi sıfırdır". AŞPA Paşinyanın dediyini etsə, gərək bütün ölkələrdəki separatçı bölgələrin inkişafına dəstək verə. Bu AŞPA-nın siyasi fəlsəfəsinə ziddir. Çünki Avropanın özünün dağılmasını sürətləndirər.

Dördüncüsü, Paşinyan Strasburqda dedi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Minsk Qrupunun 3 həmsədr formatı çərçivəsində müzakirə olunmalıdır. Paşinyan 3 həmsədr ölkənin vəziyyəti dəqiq bildiyini iddia etdi. Ermənistanın baş nazirinin qorxusunu anlamaq olar. Türkiyə-Rusiya münasibətləri son illər strateji xarakter alır və İrəvan qorxur ki, bir gün Ankara da Moskva ilə işbirliyi əsasında münaqişənin həlli prosesində rol almaq istəyəcək".

Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışının formalaşmadığı Strasburqdakı çıxışından bir daha aydın olub.

"Paşinyanın sözü budur ki, "gəlin sülhdən danışaq, söhbət edək, fikir mübadiləsi aparaq, dialoq quraq, lazım gəlsə Sərsəng su anbarından birgə istifadə edək, ancaq münaqişənin konseptual həlli mənlik deyil". Bunların hamısı 1990-2000 illər arasında olub, cəmiyyətlər arasında dialoq da yüksək səviyyədə idi, Bakıda və İrəvanda birgə konfrans və seminarlar da keçirilirdi, qeyri-hökumət təşkilatları hətta birgə layihələrdə iştirak edirdilər, ancaq bütün bunlar münaqişənin həllini yaxınlaşdırmadı. Çünki münaqişənin həllini sürətləndirəcək qərarları başqaları verməlidir"./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar