Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vətənə, xalqa və insanlara xidmət edir"- Nicat Müslümov

Tarix: 09-04-2019 21:38     Baxış: 2346 A- / A+
"Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu vətənə, xalqa və insanlara xidmət edir"- Nicat Müslümov


Azəbaycançılıq ideologiyasını və milli dövlətçiliyi sevən gənclər üçün ulu öndər Heydər Əliyev yolu hər zaman nümunə olub. Belə gənclərdən biri də Nicat Müslümovdur. N.Müslümov özünün ictimai-siyasi aktivliyi ilə digər gənclərimiz üçün də nümunə olmağı bacarıb.

N.Müslümova görə, Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çoxşaxəli və uğurlu fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb. Onun fikrincə, bunun səbəbi Mehriban xanımın tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil: "Mehriban xanımı köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Talassemiyalı uşaqlar, erməni işğalı nəticəsində dogma yurd yerlərindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və onlar öz ümidlərində yanılmırlar".

N.Müslümovun sözlərinə görə, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunmasından ötən iki ildə dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. Birinci vitse-prezident əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Ona görə də, Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Müvafiq qurumlar qarşısında məsələni belə qoydu ki, bu sahədə işlər iki istiqamətdə qurulmalıdır: yeni mənzillər, yeni binalar tikilməli və inşa olunan binalar müasir keyfiyyət standartlarına tam cavab verməlidir. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu.

"Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində də yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə, ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz Mehriban xanımı hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik"-N.Müslümov deyir.

N.Müslümovun fikrincə, Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması onun təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür. Bütün bunlara görə də Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılandı. Bundan bir neçə gün sonra "Rossiya 1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva deyirdi: "Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam". Elə bu məramla da özünün ömür kitabını yazır, hər ötən il isə bu kitabı daha parlaq, daha şərəfli sətirlərlə zənginləşdirir. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Ötən müddətdə onun dəstəyi ilə çoxlu sayda məktəb, xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrini, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaldıb. Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də minnətdarlıq hissi ilə xatırlanır. Bu, bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və bacarıqla gəlir. Hər kəs inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar