Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanı tamamilə yox edəcək bir müharibə” – Politoloqdan şok sözlər

Tarix: 02-04-2019 21:41     Baxış: 3336 A- / A+
“Ermənistanı tamamilə yox edəcək bir müharibə” – Politoloqdan şok sözlər

“Ermənistan daxilindəki həsas ictimai-siyasi vəziyyəti nəzərə alsaq, rəsmi İrəvanın Azərbaycanı müharibəyə təhrik etdiyini düşünmürəm. Ermənistanın siyasi və hərbi rəhbərliyinə aydındır ki, yeni hərbi əməliyyatlar başlayacağı halda, bu, müharibə uzunmüddətli olmayacaq. İndi uzunmüddətli müharibələrə ehtiyac olmur. Günümüzdə ölkələr daha çox hava hücumlarına və zərbələrinə üstünlük verirlər. Artıq Ermənistanda da yaxşı başa düşürlər ki, Azərbaycan ordusunun bununla bağlı geniş imkanları var. Buna görə də, Paşinyanın Azərbaycanı müharibəyə təhrik etməsi məsələsi istisnadır”.
Manevr.az bildirir ki, bunu teleqraf.com-a politoloq Natiq Miri deyib.

Ekspert hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın səsləndirdiyi son bəyanatlarla iki hədəfinə çatmaq istəyir:

“Birincisi, Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə qatılması iddiasını irəli sürməklə, zaman qazanmaq istəyir. Çünki bu gün Ermənistanın əli hərbi-siyasi cəhətdən güclü deyil. Eyni zamanda, Paşinyan Ermənistanın iqtisadi cəhətdən də zəif olduğunu başa düşür. Bu problemləri həll etmək üçün də Paşinyanın zamana ehtiyacı var. Çünki sınıq-salxaq, korrupsiyalaşmış ordunu yenidən təşkil etmək zaman aparan məsələdir.

İkincisi, ordunu müasir silahlarla təchiz etmək məsələsidir ki, Ermənistan burada da Azərbaycandan geridə qalır. Buna görə də, zaman qazanmaq üçün Azərbaycanın qəbul etməyəcəyi açıqlamalar verir ki, bundan da prosesin uzanması üçün bəhanə kimi istifadə edir”.

Natiq Mirinin sözlərinə görə, Rusiyanın təzyiqi ilə üzləşmiş Nikol Paşinyan üzərində götürdüyü öhdəlikləri yerinə yetirə bilmir:

“Buna görə də, onun bu islahatları yerinə yetirməyə ehtiyac var ki, daxildəki nüfuzunu gücləndirməklə Rusiyaya qarşı dayanıqlı olsun. Bir tərəfdən isə Azərbaycana qarşı absurd çıxışlar etməklə, Qarabağ məsələsinin məsuliyyətini bölüşmək istəyir. Çünki Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, Qarabağ məsələsinin həlli istiqamətində cəsarətli addım atmaq imkanına malik olmayacaq. Uzun zamandır ki, Ermənistanda hakimiyyətlə “Qarabağ kartı” üzərində dəyişir. Buna görə də, indiki məqamda Ermənistanda bu baxımdan ciddi bir dəyişiklik yoxdur. Bu günki Ermənistan cəmiyyəti də, kompromisə getməyə hazır deyil.
Ermənistan müxalifəti də, Qarabağ məsələsindən istifadə edərək, Paşinyanın nüfuz dairəsini məhdudlaşdırmağa çalışırlar. Paşinyan da bunu başa düşdüyü üçün separatçı rejimin danışıqlar prosesinə qoşulmasını istəməklə üzərindəki məsuliyyəti azaltmağa cəhd edir. Məsuliyyəti qondarma rejimin üzərinə yıxmaqla, bu məsuliyyətdən qaça bilər”.

Natiq Miri hesab edir ki, Azərbaycanla müharibə nəinki Ermənistan hakimiyyətinin, bütün Ermənistan dövlətinin məhv olmasına gətirib çıxara bilər: “Bu, adi bir müharibə olmayacaq. Nə qədər Paşinyan pozucu açıqlamalar versə də, Tonoyan Azərbaycana qarşı yeni ərazi iddiası irəli sürsə də, müharibə variantının Ermənistana baha başa gələcəyini də bilirlər. Bunu Ermənistan və Rusiyanın hərbi-siyasi dairələri də etiraf edirlər ki, qısamüddətli bir müharibə olacaq və bu, Ermənistan ordusunun tamamilə dağılmasıyla nəticələnəcək. Yaxın onilliklərdə də, dağılmış erməni ordusunu bərpa etmək mümkün olmayacaq. Bunun Ermənistan üçün faciələrə yol açacağını bildiyi halda düşünmürəm ki, Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar