Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pakistan prezidenti: “Ermənistanı bir dövlət kimi tanımırıq”

Tarix: 22-03-2019 15:38     Baxış: 3273 A- / A+
Pakistan prezidenti: “Ermənistanı bir dövlət kimi tanımırıq”

Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini martın 22-də bu ölkənin prezidenti cənab Arif Alvi qəbul edib.
Qəbula görə təşəkkür edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin xoş salamlarını cənab Arif Alviyə çatdırıb. Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən Müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Pakistan Prezidenti Arif Alvi öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. Pakistan Prezidenti dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib.
Prezident A.Alvi Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.

Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar