Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial siyasət planlı şəkildə həyata keçirilir – Millət vəkili

Tarix: 08-03-2019 21:25     Baxış: 3255 A- / A+
Sosial siyasət planlı şəkildə həyata keçirilir – Millət vəkili

Dövlət başçısı ilə vətəndaşlar arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni zamanda dövlət də inkişaf edir. Bunun başlıca səbəbi heç şübhəsiz ki, cənab prezident tərəfindən həyata keçirilən siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır. Bunu zəruri edən şərtlər çoxdur və həmin şərtlər Azərbaycanda təmin olunub.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, bunun hüquqi, sosial, iqtisadi əsasları var. Ancaq bu planda önə çıxan ilk növbədə Azərbaycan vətəndaşının rifahıdır, onun həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, bu siyasət daim Azərbaycan Prezidenti tərəfindən həyata keçirilib və bu gün də həyata keçirilir:

“Əgər biz bunu müxtəlif komponentlər üzrə qısaca səciyyələndirsək görəcəyik ki, burada əhalinin sosial rifahı ilə bağlı qəti qərarlar qəbul olunur və onların həyat keyfiyyəti yaxşılaşdırılır. Bir tərəfdən bu ümümi qaydada daimi aparılan sosial siyasətdir ki, bu həm də Ermənistanının işğalı nəticəsində meydana çıxan bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin sosial problemləridir. Yəni, Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin həllidir”.

H.Babaoğlunun sözlərinə görə, digər tərəfdən fors-major dediyimiz hallar, yəni fövqəladə hallar var ki, burada sosial problemlər daha qabarıq və gözlənilmədən ortaya çıxır:

“Yəni zəlzələ, torpaq sürüşməsi kimi hallarda baş verən qəzalar nəticəsində sosial problemlər qeyri-planlı şəkildə birdən önə çıxır. Bunun həll olunması üçün heç şübhəsiz, yerində operativ qərarlar qəbul etmək lazım olur. Bu zaman təbii ki, ehtiyat resursları səfərbər etməklə problemin aradan qaldırılması yolları axtarılır.

Bir ay bundan öncə zəlzələ baş verdi və İsmayıllı, Ağsu və Şamaxıda xeyli evlər dağıldı, uçdu və yaxud qəzalı vəziyyətə düşdü. Burada söhbət yüzlərlə evdən gedir. Gördüyünüz kimi çox operativ şəkildə bu istiqamət üzrə Azərbaycan Prezidentinin göstərişi ilə bütün müvafiq qurumlar öz işlərini qısa müddətdə yerinə yetirdilər. Artıq hər kəsə bəllidir ki, nə qədər ev zədələnib, nə qədər ev qəzalı vəziyyətdədir və nə qədər ev sökülüb təmir olunmalı, yaxud yenidən tikilməlidir . Həmin hadisədən bir ay ötüb və cənab prezident yenidən Ağsu və Şamaxı rayonlarında oldu.

Artıq şahidi oluruq ki, onlarla ev tikilir və tikilməsi başa çatmaq üzrə olan evlər var. Buna paralel olaraq bütövlükdə infrastruktur yenidən qurulur. Bu çox vacib amildir. Kommunikasiyaların qurulması isə ayrıca bir məsələdir və düşünürəm ki, buna da xüsusi diqqət yetirilir. Ötən illər ərzində Azərbaycan Prezidentinin istər seçkiqabağı təbliğat-təşviqat prosesində, istərsə də vaxtaşırı hökumətin hesabatının olduğu vaxtlarda daim önə çəkdiyi bir məsələ var. Bu da vətəndaşların rifahıdır, onların sosial problemlərinin həll olunmasıdır. Bu mənada demək olar ki, sosial siyasət Azərbaycanda planlı şəkildə proqramlar üzrə həyata keçirilir və daimi xarakter daşıyır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar