Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Əliyev Paşinyanı məğlub etdi” – Köçəryandan sensasion müsahibə

Tarix: 04-03-2019 17:15     Baxış: 3252 A- / A+
“Əliyev Paşinyanı məğlub etdi”

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryan “168 Saat” qəzetinin suallarını cavablandırıb.

Manevr.az xəbər verir ki, Köçəryan erməni nəşrinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi və İrəvan-Moskva münasibətlərinə dair ilginc fikirlər səsləndirib.

Həmin müsahibədən bəzi məqamları təqdim edirik.

Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti haqda:

“Paşinyan gizlətmirsə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar davam etməlidir. İndi müzakirələrdən yox, bu prosesdə baş nazirin hansı yerdə dayanmasından söhbət gedir. Cəmiyyət hələlik yeni hökumətin Qarabağla bağlı hansı siyasəti yürütdüyünü bilmir, bu isə narahatlıq yaradır. Konkret mövqe olmadan uğurlu müzakirə aparmaq mümkündür? Görüş xatirinə müzakirə aparmaq yox, nəticə əldə etmək üçün müzakirə aparmaq lazımdır. Yəni, dövlət rəsmiləri müzakirələrə başlamazdan əvvəl öz mövqeyini müəyyən etməlidir”.

Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın Düşənbə görüşü haqda:

“Azərbaycan prezidenti ilə Düşənbədəki görüş təmas xəttindəki mövqeyimizi gücləndirmək üçün Vyana və Sankt-Peterburq görüşlərində əldə etdiyimiz anlaşmaların üzərindən xətt çəkdi. Baş nazir bu görüşdə bizi ona görə pis vəziyyətə saldı ki, təcrübəsiz və məlumatsızdır, bu, böyük xətadır. Buna görə də Əliyev Paşinyanı məğlub etdi və irəliyə doğru böyük addım atdı”.

Qarabağla bağlı “Bolton planı” haqda:

“Heç nəyi nəzərdən qaçırmaq lazım deyil. Harada olmağımdan asılı olmayaraq, Qarabağın təslim edilməsinə müdaxilə edəcəyəm. Çünki ermənilər üçün Qarabağın nə məna kəsb etdiyini bilirəm. Baş nazir və komandasının isə erməni kimliyi yoxdur. Onlar Qarabağın müstəqilliyi və qələbə üçün mübarizə aparmırlar, bunu edənlərə də nifrət edirlər. Cəmiyyət baş nazirin bir-birinə zidd bəyanatlarını görməlidir”.

Ermənistan-Rusiya münasibətləri haqda:

“Hökumət Rusiya ilə münasibətlərin normallaşacağına inanır. Lakin hökumətin yanlış xarici siyasəti ciddi problemlərə, qarşılıqlı etimadın itməsinə yol açacaq. Təəssüf ki, Rusiyanı yaxşı tanımayan Sorosun şagirdləri ilə məşğul oluruq”.

Siyasətə qayıdacağı haqda:

“Bu təzyiq altında da plan və məqsədlərimdən imtina etməmişəm”.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyada iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunan Robert Köçəryan həbs edilib. Yaxın vaxtlarda onun məhkəmə qarşısına cavab verəcəyi bildirilir.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar