Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağın Azərbaycan torpağı olmasını Paşinyanın selfisi dəyişə bilməz”

Tarix: 04-03-2019 08:42     Baxış: 4266 A- / A+
“Qarabağın Azərbaycan torpağı olmasını Paşinyanın selfisi dəyişə bilməz”

Ermənistan rəsmiləri İrana səfərləri zamanı daha çox Azərbaycana qarşı çıxışları ilə yadda qalırlar. Deməli, İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvət ilə fevralın 27-28-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan İranda rəsmi səfərdə olub. Səfərin indiki şəraitdə Ermənistan və İran üçün əhəmiyyətinə qısaca olaraq toxunmaq istərdik.
Mövzuyla bağlı DAA-nın milli azlıq və dini məsələlər üzrə müşaviri Nicat İlyasov açıqlama verib:

“Bir neçə gün öncə, Ermənistanın baş naziri Nikol Paşinyanın İran İslam Respublikasında səfərdə olarkən "Ararat" idman klubunda İran ermənilərilə görüşü zamanı səsləndirdiyi sərsəm fikirlər, bir daha təmsil etdiyi dövlətin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Bu cür qeyri ciddi sərsəm bəyanatlarla N.Paşinyan və ona bu görüşü təşkil edən bəzi havadarları İran - Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Amma əlbəttə ki, siyasi savadsızlıq və dünya görüşünün dar çərçivəli olması bu cür hərəkətlərə yol aça bilər. İran və Azərbaycan Respublikası son illərdə ən güclü siyasi-iqtisadi sahədə əməkdaşlıq edirlər. Ortaq tarix, ortaq mədəniyyət Ermənistandan fərqli olaraq İran və Azərbaycanı bir -birinə daha sıx bağlayır. Ən vacib məsələ isə İranın etnik tərkibi məsələsidir. 1000 ilə yaxın bütün İranı idarə edən Azərbaycan türk sülalələri bəhs etdiyimiz dövlətin tarixində tarix səhnəsindən silinməyəcək böyük miras və iz qoyublar. Hazırda 40 milyona yaxın soydaşlarımızın ana vətəni olan İran İslam respublikasında cəmi bir neçə yüz min il gəlmə ermənilərin yaşaması Azərbaycan-İran münasibətlərinın zədələnməsinə ümid edən N.Paşinyan və İrandakı bəzi havadarlarının necə bir xülyaya dalması gülünc görsənir. Bütün dünya dövlətləri Qarabağın Azərbaycan torpağı olduğunu dəfələrlə ən yüksək səviyyədə etiraf etmişdir. Bunu nə "Ararat" futbol klubunun idman zalında cəmləşmiş bir neçə yüz erməni, nə onların başlarının üzərində asdıqları gülünc plakatları, nə də ki siyasi liderə yaraşmayan yarımçıq başının yer aldığı N.Paşinyanın selfisi dəyişə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar