Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan qorxuya düşdü: Zurabişvilinin Bakı çıxışı...

Tarix: 01-03-2019 18:42     Baxış: 3260 A- / A+
İrəvan qorxuya düşdü: Zurabişvilinin Bakı çıxışı...

Gürcüstan Prezidenti Salome Zurabişvilinin ilk regional səfəri üçün məhz Azərbaycanı seçməsi Ermənistanda xüsusi qısqanclıqla qarşılanıb. Onun Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyi barədə bəyanatı isə qonşu xristian ölkəsində qıcığa səbəb olub.

“Ölkələrimizin ərazi bütövlüyü hələ də bərpa edilməyib. İşğal məsələsi hələ də yaralı yerimiz olaraq qalır. Bu, bir tərəfdən bizim inkişafımıza maneə törədir, digər tərəfdən isə bütün bunlara, bu faciələrə baxmayaraq, biz öz dövlətimizi, iqtisadiyyatımızı möhkəmləndirə bilirik”, - Zurabişvili Bakı səfəri çərçivəsində deyib.


Manevr.az
xəbər verir ki, Zurabişvilinin 2003-cü ildən Gürcüstanın siyasi arenasında olmasına, Fransanı fövqəladə və səlahiyyətli səfir qismində təmsil etməsinə, 2004-cü ilin martında Prezident Mixail Saakaşvilinin onu Gürcüstanın Xarici İşlər naziri təyin etməsi və bu vəzifədə 2005-ci ilin 20 oktyabrına qədər çalışmasına, bundan sonra isə öz partiyasını yaratmasına baxmayaraq, İrəvanda onu regional siyasət və ölkələrarası münasibətlərdəki nüansları dərindən bilməməkdə ittiham ediblər.

Ermənistanın Lragir.am saytı belə bir sualla çıxış edib:

“Rəsmi Tiflis Qarabağ münaqişəsinə yanaşmasını dəyişməyib ki? Çünki Gürcüstan illərdir Ermənistan və Azərbaycanla bərabərməsafəli münasibətləri qoruyub saxlayıb, Tiflis heç vaxt Bakının ərazi bütövlüyünün bərpa edilməsini tələb etməyib və ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyib.

Gürcüstanın mövqeyində nə dəyişib? Yoxsa bu, Gürcüstanın deyil, sadəcə prezidentin mövqeyidir? Bu halda rəsmi Tiflis öz mövqeyini aydınlaşdırmalıdır – Gürcüstan əvvəlki kimi Minsk Qrupunun səylərini və sülh danışıqlarını dəstəkləyir, yoxsa rəsmi Bakını ərazi bütövlüyünü bərpa etməyə çağırır?”

Yeri gəlmişkən, bu vəzifədə Zurabişvilinin sələfi, eyni zamanda Gürcüstanın iqtidar partiyasının nümayəndəsi olan Georgi Marqvelaşvilinin də 2014-cü ilin fevralın 12-də Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbulda çıxışı zamanı Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

Odur ki, Zurabişvili yeni heç bir şey söyləməyib. Gürcüstan həmişə Azərbaycanın yanında olub və bunu da qardaş, dost ölkənin yeni prezidenti bir daha təsdiqlədi.axar.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar