Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalının anım günündə Ermənistandan Azərbaycana ŞOK ÇAĞIRIŞ

Tarix: 26-02-2019 23:07     Baxış: 4428 A- / A+
Xocalının anım günündə Ermənistandan Azərbaycana ŞOK ÇAĞIRIŞ

Xocalının anım günündə Ermənistandan Azərbaycana ŞOK ÇAĞIRIŞErmənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. Tonoyan deyib ki, müdafiədənsə hücuma üstünlük vermək lazımdır: "Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik".
Manevr.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Tonoyanın Azərbaycana açıq-aşkar hədə-qorxu gəldiyini bildirib: "Yəni o demək istəyir ki, növbəti toqquşmada işğal etdiyimizdən daha artığını işğal edəcəyik. Azərbaycanın ünvanına edilən bu hədə cavabsız qalmamalıdır. Müdafiə nazirimiz Zakir Həsənov Tonoyana anladığı dildə sərt cavab verməlidir. Necə ki, vaxtilə erməni genarallardan biri "Mingəçevir su elektrik stansiyasını vura bilərik" hədəsinə qarşı Bakıdan İrəvana "biz də Metsamor atom elektrik stansiyasını darmadağın edərik" cavabı ünvanlanmışdı. Bununla da Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər. Doğrusu, bilmirəm cavab nə şəkildə olacaq və ya olacaqmı? Ancaq ən azı Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, əgər özünün dediyi kimi, o, Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə, müharibənin nəticəsini də bu gerilməyə uyğun hesablamalıdır".

Politoloq qeyd edib ki, Tonoyana deyilməlidir ki, siz 2 milyonsuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəy yəni haradan mümkündürsə zərbələr endiriləcək.

"Siz hansısa istiqamətdən hücum keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik. Total xarakter daşıyacaq budəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq. Bunları Tonoyanın və erməni cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan XİN-in "nazirlərin görüşünə hazırlıq gedir" kimi yumşaq açıqlamalarının (onsuz da status-kvonu uzadan bu görüşlərin nəticəsi yoxdur və qazanan İrəvandır) əvəzinə Azərbaycan Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac var. Tonoyan də anlayır ki, Azərbaycan milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq. Bunun qarşılığında əlacsız qalan Tonoyan yalnız bunu deyir: "Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək". Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur, Ermənistanı qurtaran Rusiyanın peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır", - deyə politoloq vurğulayıb.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar