Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya və Yaponiya razılığa gələ bilmədi

Tarix: 17-02-2019 15:57     Baxış: 3233 A- / A+
Rusiya və Yaponiya razılığa gələ bilmədi



Yaponiyanın xarici işlər naziri Taro Kono rusiyalı həmkarı Sergey Lavrovla Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi adalarla bağlı vahid mövqeyə gələ bilməyib.


Buna baxmayaraq, tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Bildirilir ki, T.Kono və S.Lavrov fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşüblər. Görüş təxminən 90 dəqiqə davam edib.

Rusiyalı nazir həmin adalar üzərində ölkəsinin suverenliyinin Yaponiya tərəfindən qəbul edilməsinin danışıqların əsas şərti olduğunu bildirib. Qeyd edib ki, adalar II Dünya müharibəsi nəticəsində Rusiya ərazisinin bir hissəsinə çevrilib.

T.Kono isə məsələ ilə bağlı Yaponiyanın mövqeyini bildirib.

Tərəflər arasında fikir müxtəlifliyinə baxmayaraq, danışıqların davam etdirilməsi barədə qərar qəbul olunub.

Görüşdə iki ölkənin nazir müavinlərinin danışıqları davam etdirməsi və bundan sonra T.Kono ilə müzakirələr aparmaq üçün S.Lavrovun Tokioya səfəri barədə razılığa gəlinib.

T.Kono jurnalistlərə bildirib ki, görüşdə kəskin və açıq fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar