Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yeltsin niyə Heydər Əliyev hakimiyyətini devirmək istəyirdi - tarixə baxış

Tarix: 15-02-2019 10:12     Baxış: 4395 A- / A+

Yeltsin niyə Heydər Əliyev hakimiyyətini devirmək istəyirdi - tarixə baxış



Fəzail Ağamalı: “Heydər Əliyev başqa bir marşrutla Bakıya gəldi və onun təyyarəsini vurmaq mümkün olmadı”
Əbülfəz Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər “Yeni Müsavat”ın ötən saylarının birində bəyan edib ki, Rusiyanın 4 iyun qiyamı ilə Ayaz Mütəllibovu hakimiyyətə gətirmək planını Elçibəy və Heydər Əliyev pozub. “Ona görə də Rusiya ermənilərin əli ilə işğalı genişləndirməklə Heydər Əliyevə təzyiq edirdi. Çünki plana görə, prezident postuna Ayaz Mütəllibov qaytarılmalı idi. 4 iyun qiyamı buna hesablanmışdı. Rusiya dərin dövləti 1992-ci ildə məxməri inqilab edən və Ayaz Mütəllibovu istefaya göndərən qüvvələri bağışlaya bilmirdi və intiqam alma istəyirdi. 4 iyun qiyamı revanş idi”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Sülhəddin Əkbərin açıqlamalarının kifayət qədər həqiqəti əks etdirdiyini deyib: “Əbülfəz Elçibəyin apardığı siyasət Rusiyanın maraqlarına toxunurdu, bu siyasət Rusiyanın Cənubi Qafqazda, Azərbaycanda möhkəmlənmək, öz imperiya ambisiyalarını reallaşdırmaq planlarına tamamilə zidd idi. Ona görə necə ki, Gürcüstanda Qamsaxurdiya devrildi və çox ciddi hadisələr baş verdi, Azərbaycanda da Rusiya Elçibəyi hakimiyyətdən uzaqlaşdırmaq planını işə salınmışdı. Elçibəy hakimiyyətini devirmək üçün birbaşa Rusiyanın kəşfiyyat orqanları ilə bağlı olan Surət Hüseynov hərəkətə gətirildi. Ona Gəncədə Rusiya hərbi bazasının komandiri Şerbak tərəfindən ciddi dəstək var idi. Şerbak ona silah-sursat vermişdi. Şerbakın köməyi ilə Qarabağda bir sıra döyüş əməliyyatlarında uğur qazanan Surət Hüseynov mifi süni surətdə yaradılmışdı. Həmin mif sonradan Azərbaycan dövlətçiliyinə qarşı yönəldildi. 4 iyun qiyamını qaldırdılar. Burada niyyət Elçibəyi devirərək Ayaz Mütəllibovu hakimiyyətə gətirmək idi. Lakin həmin dövrdə Əbülfəz Elçibəyin Azərbaycan qarşısında ən böyü xidmətlərindən biri də o oldu ki, məhz Azərbaycan xalqının iradəsinə söykənərək Heydər Əliyevi Bakıya-hakimiyyətə dəvət etdi. Mən də həmin dövrdə hadisələrin içərisindəydim, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin ardıcıl tərəfdarlarından biri idim. Heydər Əliyevin Bakıya dəvət edilməsi və Ali Sovetin sədri seçilməsi, onun siyasi hakimiyyətə gətirilməsi Azərbaycan xalqında ümidlər yaratdı və Əbülfəz Elçibəy ölkədə ikihakimiyyətliliyə son qoymağın vacibliyini, dövlətçilik təcrübəsinə malik olan, dünya miqyasında tanınmış siyasətçinin hakimiyyətdə olaraq Moskvanın planlarına qarşı dura biləcəyini nəzərə alaraq Bakı şəhərini tərk elədi. Bu, Əbülfəz Elçibəy tərəfindən düşünülmüş və ən doğru addım idi. Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlməsi Moskvanın planlarını pozdu”.


Yeltsin niyə Heydər Əliyev hakimiyyətini devirmək istəyirdi - tarixə baxış


F.Ağamalı vurğuladı ki, 4 iyun qiyamında Moskva öz məqsədinə nail ola bilmədiyinə görə torpaqlarımızın ermənilərin əli ilə işğalının miqyasını artırdı: “Bununla Heydər Əliyevə təzyiq olunurdu. Heydər Əliyevə ən mühüm təzyiq amillərindən biri də ”Talış Muğan Respublikası"nın yaradılması, Sadvalın isə şimal bölgəsində fəallaşdırılması idi. Bunların hamısı Rusiyanın xüsusi xidmət orqanları ilə birbaşa bağlı idi. Yəni Heydər Əliyevə bu vasitələrlə təzyiqlər edilirdi və bu vasitələrlə nüfuzdan salıb ölkədə yeni qiyamlar, etirazlar yaratmaq və hakimiyyəti devirmək istəyirdilər. Surətin 1993-cü ilin payızında qaldırdığı qiyam Heydər Əliyev tərəfindən yatırıldı. Bunun ardınca OMON-çuların hərəkatı başladı. OMON-çular qiyam qaldırdılar. Bu cür qiyamlarla Heydər Əliyev hakimiyyətini sarsıda bilməyən Rusiyadakı dairələr və Ayaz Mütəllibovun adamları Heydər Əliyevə qarşı sui-qəsd planı təşkil etməyə başladılar. O planlardan birini Türkiyə prezidenti Süleyman Dəmirəl Heydər Əliyevə xaricdə məlumat vermişdi. Heydər Əliyev də başqa bir marşrutla Bakıya gəldi və onun təyyarəsini vurmaq mümkün olmadı. Hətta buna qədər sui-qəsd planları var idi. Sonra hava limanına gedən yolun üstündə yerləşən körpünün altına partlayıcılar qoyulmuşdu. Həmin yolla Heydər Əliyevlə Ukrayna prezidenti Leonid Kuçma keçəcəkdilər. Bu sui-qəsd planının da üstü açıldı və zərərsizləşdirildi. Faktiki olaraq Boris Yeltsin hakimiyyətdə olduğu dövrdə Elçibəy hakimiyyətinə, sonra isə Heydər Əliyev hakimiyyətinə son qoymaq və Azərbaycanı ələ keçirmək üçün Rusiya bütün imkanlardan istifadə etdi. Sadəcə olaraq, Heydər Əliyevlə bacara bilmədilər. Heydər Əliyevin yüksək səviyyəli dövlətçilik təcrübəsi, əməliyyat proseslərini idarə etmək qabiliyyəti bütün planları puça çıxardı. Beləliklə, Yeltsin Heydər Əliyev hakimiyyətini devirə bilmədi".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar