Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibəyə GÜNLƏR QALDI: Ərdoğanın sözlərinin şifrəsi ortaya çıxdı

Tarix: 06-02-2019 15:07     Baxış: 3617 A- / A+
Müharibəyə GÜNLƏR QALDI: Ərdoğanın sözlərinin şifrəsi ortaya çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında Suriyanın şimalında planlaşdırılan əməliyyatla bağlı əhəmiyyətli mesajlar verdi.

"Bu məsələlərlə bağlı cənab Trampla səmərəli danışıqlar aparırıq, amma aşağı səviyyədə eyni səmərəni əldə edə bilmirik. Heç bir qənaətbəxş plan yoxdur. Razılaşamalara sadiqiq. Ancaq səbrimiz sərhədsiz deyil. Terrorçular Münbiçdən bir neçə həftəyə çəkilməzsə, gözləmə müddəti başa çatacaq. Öz planlarımızın həyata keçirilmə yolları ortaya çıxacaq", - prezident ABŞ-a dəqiq mesaj verib.

Manevr.az publika.az-a istinadla xəbər verir ki, təhlükəsizlik və strategiya üzrə ekspert Abdullah Ağar prezident Ərdoğanın sözlərini şərh edib.

"Bu cür məsələlərdə dövlət adamları qərarlılıqlarını bəlli edərlər. Qarşı tərəfin reaksiyasını və reflekslərini ölçmək istəyirlər. Ortaya qoyulmuş iradə nəticəsində hərəkətə keçərlər. Nəticədə, mən səninlə işbirliyi içərisindəyəm. Münbiçdə bir model yaradacağam, bunu etmədiyim təqdirdə, ərazi bütövlüyümə və unitar quruluşuma təhdid olan terror təşkilatı ilə mübarizə aparmaq məcburiyyətindəyəm", - ekespert bildirib.

O, Türkiyənin mövqeyi çox dəqiq, təməl yanaşmanın isə Türkiyə və Suriyanın unitar quruluşunun qorunması olduğunu deyib.

Abdullah Ağar Münbiçdə əməliyyatın çox yaxın olduğunu vurğulayıb: "Qarqamış, Urfa və Mardində sərhəd xəttinin yaxınlığında səhra xəstəxanaları qurulmaq üzrədir. Bu, əslində əməliyyatın yaxınlaşdığını göstərən ən vacib işarələrdən biridir. Soçi görüşündən sonra bu barədə yekun qərarının veriləcəyini düşünürəm".

Qeyd edək ki, fevralın 14-də Rusiya, Türkiyə və İran prezidentləri - Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya məsələsini müzakirə etmək üçün Soçidə görüşəcəklər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar