Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın 100 minlik HÜCUM SSENARİSİ: ABŞ kəşfiyyatı açıqladı

Tarix: 04-02-2019 15:40     Baxış: 4247 A- / A+
Rusiyanın 100 minlik HÜCUM SSENARİSİ: ABŞ kəşfiyyatı açıqladı

Rusiyanın mənbəyi olduğu bir sıra təhlükələr mövcuddur. Hərb Rusiyanın alətlər dəstinin yalnız bir hissəsidir.

Manevr.az publika.az-a istinadla xəbər verir ki, bu haqda ABŞ-ın "MKİ-nin kölgəsi" adlandırılan "Stratfor" kəşfiyyat-analitik şirkətinin Avrasiya məsələləri üzrə analitiki Yucin Çauşevskiy "Azadlıq" radiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib.

Analitik hesab edir ki, Rusiyanın Krım və Dnestryanı əraziyə yerüstü dəhliz ssenarisi hazırda son dərəcə ağlasığmazdır.

"Krım və Dnestrayanı əraziyə yerüstü dəhliz ssenarisi hazırda son dərəcə ağlasığmazdır. Düşünürəm, əgər Rusiya bu qədər ciddi hərbi addımı atmağa hazırlaşırdısa, onda bu, ehtimal ki, münaqişənin lap əvvəlində olardı. Nəzərə alsaq ki, son iki-üç ildə vəziyyət sabitləşib, bu, Rusiyanın belə addım atacağını ağlasığmaz edir. Bununla belə, düşünmürəm ki, hadisələrin belə ssenaridə inkişafını tamamilə istisna etmək lazımdır. Bu qərara təsir edə biləcək hansısa xarici amillər yarana bilər", - o deyib.

Analitik qeyd edib ki, "Stratfor"un ilk qiymətləndirmələrinə görə, Krıma quru dəhlizi üçün Rusiyaya 20-30 min, Dnestryanı ərazi üçün isə bundan iki dəfə çox 40-60 min hərbçi tələb olunurdu:

"Düşünürəm ki, bu rəqəmlər indiyə kimi dəyişməyib. Amma hər şey Rusiyanın hansı hərəkətlərə gedəcəyindən çox asılıdır. Və daha çox xarici şərtlərdən. Hər şeydən əvvəl maraqlıdır ki, ABŞ və NATO ölkələri hərbi planda Ukraynanı nə qədər dəstəkləyəcək. Bunu Rusiyanın belə ssenari zamanı əməliyyata cəlb edəcəyi hərbi qulluqçuların sayı və qoşunların tipi müəyyən edəcək. Hərçənd, təkrarlayacağam ki, indi Rusiyanın belə ssenariyə gedəcəyi ağlasığmazdır. Amma bu olacaqsa, onda səsləndirdiyimiz qədər hərbçi cəlb ediləcək".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar