Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Vasif Talıbov məni təhqir edən naziri təltif edir" - Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMA

Tarix: 02-02-2019 14:01     Baxış: 3250 A- / A+
"Vasif Talıbov məni təhqir edən naziri təltif edir"

Naxçıvandan Azad Cabbarov adlı bir nazir və başqa bir vəzifəli şəxs, Prezident və iqtidar partiyası mənəvi terrorla məşğul olanları qınadığı halda, Prezident və ailəsi təhqir olunan zaman susan bu mənfur ünsürlər sosial şəbəkədə Naxçıvanı təmsil edən deputat olmama baxmayaraq, məni Naxçıvanın "daxili işlərinə" qarışmaqda ittiham edərək siyasi fəaliyyətimə aidiyyatı olmayan yaxınlarımla birlikdə nalayiq formada təhqir etmişlər".

Manevr.az xəbər verir ki, bu sözləri "azpolitika.info"ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bəyan edib.
O iddia edib ki, sözün bütün mənalarında böyüklərinə dediklərini mənə ünvanlamışlar: "Prezidentin yürütdüyü siyasətə qarşı çıxan bu quduzlaşmış, xaricdən söyüş söyən gədələrdən heç nə ilə fərqlənməyənlər əslində ölkə rəhbərliyinə meydan oxuyurlar. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onlar cəzalanmalıdırlar. Vasif Talıbov vaxtı ilə türk vətəndaşı tərəfindən ən ağır formada təhqir olunub ittihamlara məruz qalanda Milli Məclisdə mən onun şərəf və ləyaqətinin müdafiəsinə qalxsam da, yazılı müraciət etməmə baxmayaraq, məni təhqir edənlər barədə heç bir tədbir görmədi, əksinə, həmin şəxsin təltif olunması barədə təqdimat verdi".
Partiya sədri ümid edib ki, bu açıqlamasından sonra Azərbaycan rəhbərliyi deputatı təhqir edən, iqtidarda olub onun siyasətinə qarşı çıxan həmin şəxsləri cəzalandıracaq, kimsənin ona meydan oxumasına və mərkəzi hakimiyyətin Naxçıvana nəzarəti itirməsinə şübhələrin yaranmasına imkan verməyəcək, söyüş söyənləri qınamağa mənəvi haqqını qoruyub saxlayacaqdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar