Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan ərazilərin əvəzinə sülh variantına şans vermir

Tarix: 30-01-2019 19:25     Baxış: 3262 A- / A+
Paşinyan ərazilərin əvəzinə sülh variantına şans vermir

Ermənistan hökuməti Qarabağ tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə də etmir. Bunu Ermənistanın baş naziri Nikol Pşainyan keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirdiyi və ərazilərin təhvil verilməsi məsələsini müzakirə etdiyi ilə bağlı sualı cavablandırarkən jurnalistlərə bildirib.

Manevr.az
xəbər verir ki, Paşinyan suala belə cavab verib: “Biz “sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmərik. Hökumətimiz Qarabağ üzrə əvvəlki heç bir hökumətin aparmadığı siyasəti aparır və paralellər aparmaq (keçmiş və hazırkı hakimiyyətlər arasında – red.) tamamilə yanlışdır”.

Qarabağ məsələsi üzrə danışıqların davam etdirilməsi haqqında danışarkən Paşinyan qeyd edib ki, bununla xarici işlər nazirləri mıəşğul olurlar: “Biz Əliyevlə danışdıq ki, nazirlər bu istiqamətdə işləyirlər, həmsədrlərlə birlikdə tövsiyələrini təqdim edəcəklər, biz də onları müzakirə edəcəyik”.

Paşinyan onu da vurğulayıb ki, Davosda Əliyevlə danışıqlar olmayıb, qeyri-rəsmi ünsiyyət olub və bu zaman fikir mübadiləsi aparılıb. Bununla birlikdə Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Qarabağ məsələsini müzakirə etməsi ilə bağlı məlumatları təkzib edib.

“Boltonla Qarabağ münaqişəsi müzakirə edilməyib. Qarabağ, yaxud Azərbaycan sözləri işlədilməyib”, - baş nazir deyib.virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar