Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yevgeni Mixaylov: Bu, Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır

Tarix: 25-01-2019 16:05     Baxış: 2292 A- / A+
Yevgeni Mixaylov: Bu, Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Davos görüşü ilk növbədə onu göstərdi ki, hazırda Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində dəqiq siyasi xətti yoxdur.

Bunu trend-ə rusiyalı teleaparıcı və ekspert Yevgeni Mixaylov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti daha inamlı görünürdü:

“Prezident İlham Əliyev Nikol Paşinyandan fərqli olaraq daha geniş nizamlama planı ilə çıxış etdi. Son zamanlarda ATƏT Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərini əhalini sülhə hazırlamaq barədə şərhlərini də nəzər alsaq, bu fakt onu göstərir ki, Paşinyanın seçimi azdır. Ona görə də ehtimal edə bilərəm ki, Davos görüşü Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır”.

Y.Mixaylov qeyd edib ki, bir çox KİV-lərdə N.Paşinyanın ünvanına tənqidlər səslənməsini, eləcə də onun mövqelərini əldən verdiyi barədə fikirlərin yer almasını təsadüfi hesab etmir:

“Aydındır ki, Rusiya indi məhz Bakıya kömək etmək üçün maksimum səy göstərir, çünki Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi artmaqdadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar