Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ Qarabağda müharibəni hazırlayır - GİZLİ SAXLANILAN PLAN

Tarix: 22-01-2019 13:20     Baxış: 3223 A- / A+
ABŞ Qarabağda müharibəni hazırlayır - GİZLİ SAXLANILAN PLAN

ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyini bildirdi.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, Rusiya KİV-i Trampın məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədinin olduğunu iddia edirlər.

ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu xatırladır.

2018-ci ilin dekabrında “Stratfor” proqnozlaşdırırdı ki, ABŞ 2019-cu ildə Rusiya sərhədlərində sabitliyi pozacaq.

Zərbə üç istiqamətdən endirilə bilər:

Ukrayna: burada Kiyevə hərbi dəstək artırıla və Qara adənizdə hərbi bazalar yaradıla bilər.

Mərkəzi Asiya:
Əfqanıstandan postsovet ölkələrinə terrorçular göndərilə bilər.

Və nəhayət, Cənubi Qafqaz.


“Stratfor” ABŞ-ın Ermənistanı Rusiyanın əlindən almaq planları haqqında yazır.

Rusiyalı analitiklər hesab edirlər ki, ABŞ Qarabağda müharibəni yeniləməklə bağlı planlarını hələ ki gizli saxlayır.

Yaxın Şərq və Cənubi Qafqaz üzrə mütəxəssis Denis Korodinov hesab edir ki, Qarabağda müharibə təkcə Rusiyanın cənub sərhədlərində xaos yaratmayacaq, həmçinin, regionda ikitərəfli münasibətləri də korlayacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar