Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Polad Bülbüloğlu: "Sovet dövründə baş verənləri bugünkü Rusiya ilə eyniləşdirmirik"

Tarix: 21-01-2019 08:49     Baxış: 3272 A- / A+
Polad Bülbüloğlu: "Sovet dövründə baş verənləri bugünkü Rusiya ilə eyniləşdirmirik"

İnsanlar var ki, məsələni bu istiqamətə yönəltmək istəyirlər

Nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir.

Manevr.az
xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində "Qara yanvar”ın 29-cu ildönümünə həsr edilmiş tədbirdə səsləndirib.

"Biz bugünkü demokratik Rusiyanı Sovet İttifaqı ilə eyniləşdirmirik. Çünki insanlar var ki, məsələni bu istiqamətə yönəltmək istəyirlər. Lakin mən yenə də qeyd etmək istəyirəm ki, nə Azərbaycan xalqı, nə Azərbaycan hökuməti, nə də bizim Prezidentimiz heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir”, - deyə səfir bildirib.

O, Azərbaycan xalqının şəhidlərini heç zaman unutmayacağını qeyd edərək deyib: "Mən bütün bu hadisəni yenidən danışmaq istəmirəm. Siz çox yaxşı bilirsiniz ki, dinc əhaliyə silahlardan necə atəş açıblar, pəncərələrə güllə atıblar, heç bir günahı olmayan insanları atəşə tutublar”.

Polad Bülbüloğlu Bakıda baş verən qanlı yanvar hadisələrindən sonra Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Heydər Əliyevin ailə üzvləri ilə birlikdə yanvarın 21-də Azərbaycan səfirliyinin indiki binasına gələrək baş verən hadisələrə özünün qəti etirazını bildirməsindən danışıb. Səfir deyib: "Bilirsiniz ki, o vaxt baş verənləri nəzərə alsaq, bu, xüsusi binadır. Çünki yanvarın 21-də Azərbaycan xalqının dahi oğlu bu binaya gəlmişdi. Ciddi totalitar rejim şəraitində Heydər Əliyev özündə cəsarət taparaq buraya gəlib, törədilən cinayəti pisləyib. Mən burada çoxlu gənclər görürəm. Həmin şəraiti təsəvvür etmək onlar üçün çox çətindir. O vaxt Sovet İttifaqında ali rəhbərliyin ünvanına kiminsə bir kəlmə belə deməyə cürəti çatmırdı.

Bunu ilk dəfə Heydər Əliyev məhz bu binada etdi. Buna görə də biz bu gözəl barelyefi qurmuşuq və bu, Azərbaycan liderinin həmin cəsarətli addımını bizə xatırladır. Mən fikirləşirəm ki, məhz bu hərəkəti Heydər Əliyevin yeni siyasi karyerasında ilk addım oldu və üç ildən sonra Azərbaycan Respublikasının Prezidenti seçildi. Praktik olaraq, ona dağıdılmış ölkə miras qalmışdı. Bu gün isə dünyanın siyasi xəritəsində öz layiqli yerini tutan Azərbaycanımız var”.

P.Bülbüloğlu, həmçinin həmin gecə xalq cəbhəsinin o vaxtkı liderlərindən, respublika rəhbərlərindən heç birinin zərər çəkmədiyini qeyd edib. "Bakının dinc sakinləri ziyan çəkmişdilər. Bu, çox dəhşətli, başa düşülməyən, təsəvvüredilməz idi. Çünki ölkə öz vətəndaşlarını tank altında qoyursa, bu, o deməkdir ki, bu cür ölkədə yaşamaq olmaz! Yəqin bu səbəbdən də çox keçmədən Sovet İttifaqı dağıldı. İnsanlar başa düşürdülər ki, belə ölkədə yaşamaq mümkün deyil. Bakıda insanların öz partiya biletlərini küçələrdə qalanmış tonqallara atması, azərbaycanlıların binaların divarlarında yazdıqları şüarlar mənim yadımdadır. Yəni insanlar ayılmışdı, millət ayılmışdı və başa düşürdü ki, çox ciddi dəyişikliklər baş verməlidir”, - deyə səfir sonda bildirib.(Azərtac)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar