Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissasına müraciət olundu

Tarix: 16-01-2019 23:04     Baxış: 4231 A- / A+
Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissasına müraciət olundu
Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı xanım Dunya Miyatoviçə müraciət ünvanlayıb.
Azərbaycanlı girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə barədə məlumat verən hüquq müdafiəçisi 2014-cü ilin İyul ayından etibarən həmin şəxslərin hüquqlarını müdafiə etdiyini, lakin beynəlxalq təşkilatların bu məsələyə səssiz qaldığını təəssüflə qeyd edib.

Azərbaycan və Ermənistanın Avropa Şurasının üzvləri olduğunu diqqətə çatdıran Əhməd Şahidov Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı olaraq, Dunya Miyatoviçin bu məsələyə münasibət bildirməsini tələb edib: "Xanım Dunya Miyatoviç. Siz 2018-ci ilin Aprel ayından Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarısız. Lakin 5 ildir ki, erməni girovluğunda saxlanılan azərbaycanlı girovlarla bağlı bir dəfə də açıq mövqe nümayiş etdirməmisiniz. Ötən həftə azərbaycanlı bloger Mehman Hüseynovla bağlı bəyanat verməyiniz Azərbaycandakı prosesləri yaxından izlədiyinizi göstərir. Lakin azərbaycanlı girovlarla bağlı hələ də səssizliyinizi qoruyub saxlamağınızı anlaya bilmirəm. Son 7 ildə sizinlə ATƏT-in Varşava, Vyana və digər şəhərlərdə keçirilən konfranslarında dəfələrlə söhbətlərimiz olub. Sizə böyük hörmətim var. Lakin azərbaycanlı girovlarla bağlı davamlı susqunluğunuz qərəzli və ikili standartlardan çıxış etdiyinizin göstəricisi kimi qəbul oluna bilər”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar