Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İşğal faktına Azərbaycanın səthi mövqeyi ola bilməz” - Elçin Mirzəbəyli

Tarix: 12-01-2019 20:28     Baxış: 3266 A- / A+
“İşğal faktına Azərbaycanın səthi mövqeyi ola bilməz”

“Azərbaycanın qəti mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yalnız Azərbaycan və Ermənistan arasında aparıla bilər. Prezident İlham Əliyevin bu mövqeyi kifayət qədər anlaşılan və dövlət maraqları baxımından ciddi mövqedir”.

Manevr.az
xəbər verir ki, bu fikirləri teleqraf.com-a politoloq Elçin Mirzəbəyli Nazirlər Kabinetinin sonuncu toplantısında Prezident İlham Əliyevin “Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur: danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında aparılmalıdır və aparılır” fikrini şərh edərkən deyib.

Siyasi şərhçi xatırladıb ki, 2019-cu ildə danışıqlar prosesi bərpa olunacaqsa və aparılacaqsa, Prezident Əliyevin son fikrini erməni tərəfi Azərbaycanın rəsmi və dövlət mövqeyi kimi qəbul etməlidir:

“Bu Azərbaycanın rəsmi mövqeyidir. Prezident tərəfindən açıq elan olunub ki, Ermənistanın bundan sonra da Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesinə cəlb etmək istiqamətində cəhdləri Azərbaycan tərəfindən sərt formada qarşılanacaq. Və ATƏT-in Minsk Qrupunun formalaşdırıldığı zamanı hansı format müəyyən edilibsə, danışıqlar bu formatda da davam etdiriləcək”.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan bundan əvvəl də eyni mövqeyini birmənalı şəkildə ifadə edib:

“Ortalıqda konkret reallıq var. Bu gün Dağlıq Qarabağda separatçı amil və qondarma rejim ona görə mövcuddur ki, bu ərazilər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Həmçinin təkcə Dağlıq Qarabağ deyil, onun ətrafındakı daha yeddi rayon işğal altındadır. Parodoksal olaraq Ermənistan Dağlıq Qarabağdakı 60 mindən çox olmayan erməninin təhlükəsizliyi adı altında daha yeddi rayonu işğal edərək bir milyon insanı evindən didərgin salıb. Təbii ki, işğal faktına Azərbaycanın səthi mövqeyi ola bilməz. Azərbaycan prezidenti hər zaman ölkənin ərazi bütövlüyü və milli maraqlarla bağlı məsələlərdə qəti mövqe nümayiş etdirib. Bu mövqe indi də qabarıq formada nəzərə çatdırılır”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar