Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə üçün QARANLIQ SSENARİ: 3 qüvvənin planı ORTAYA ÇIXDI

Tarix: 08-01-2019 19:04     Baxış: 3264 A- / A+
Türkiyə üçün QARANLIQ SSENARİ:

"Fərat Qalxanı" və "Zeytin budağı" hərəkatları ilə imperializmin yuxularını qaçıran Türkiyə bu gün də Fəratın şərqi və Münbiçi xilas etməkdə qərarlıdır.

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında bildirib.

Partiya sədri ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarından sonra Vaşinqtondan verilən bəyanatlara sərt reaksiya verib:

"Donald Tramp 2018-ci ildə İŞİD-i məğlub etdiklərini iddia edərək Suriyadan çəkiləcəklərini açıqladı. Ağ Evin sözçüləri təqvimi də açıqladılar. Sonradan Tramp Suriyadan çəkilmə üçün zaman vermədiklərini ifadə etdi. ABŞ prezidenti daha da irəli gedərək "Suriyadan çəkilsək belə, kürdləri qorumaq istəyirik" söylədi. Boltonmusun, Daltonmusun, bilmirəm, Türkiyə nə edəcəyini sənə və patronlarındanmı soruşacaq? Bu, nə tərbiyəsizlikdir? Müttəfiqlər kürd döyüşçüləri imiş. Müttəfiqin olduğu insan qəssablarının kürd qardaşlarımızla heç bir əlaqəsi yoxdur. Kürd mənşəli vətəndaşlarımızla PKK və YPG-nin eyniləşdirilməsi alçaqlıqdır", - MHP lideri deyib.

O qeyd edib ki, Bəşər Əsəd rəhbərliyi ilə YPG arasındakı əlaqələr və ABŞ-ın bu əlaqələrdəki rolu sirrini hələ saxlamaqdadır.

"ABŞ Türkiyə ilə Suriyanın qarşıdurmaya girməsi üçün YPG ilə bir oyunmu hazırlamaqdadır? Türkiyə üçün də qaranlıq ssenarilərmi hazırlanır? Əsəd, PKK, YPG və ABŞ arasında hansı razılaşmadan söhbət gedir? ABŞ nə deyirsə-desin, Türkiyə Fəratın şərqinə girməli və lazım olan addımlar atılmalıdır. Başqalarının nə deyəcəyi bizi maraqlandırmır. Qızıl fürsət qarşımızdadır. Türkiyənin gücü dosta da, düşmənə da ən sərt şəkildə göstərilməlidir", - MHP lideri yekunlaşdırıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar