Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni ekspert: "2019-cu ildə Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər"

Tarix: 02-01-2019 23:11     Baxış: 3221 A- / A+
Erməni ekspert: "2019-cu ildə Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər"

Ermənistanın hərbi eksperti, Van Ambarsumyan yerli mətbuata müsahibəsində bu ilin yaz və ya yay aylarında, yəni hava şərtlərinin yol verdiyi şəraitdə Azərbaycanın Dağlıq Qarabağda tammiqyaslı hərbi əməliyyatlara başlayacağını iddia edib.
Onun sözlərinə görə Azərbaycan Silahlı Qüvvələri artıq Dağlıq Qarabağ istiqamətində mövqelərini daha da önə çəkib.

“Bütün il ərzində Azərbaycan Silahlı Qüvvələrinin daşınan artilleriyadan tutmuş, yaylım atəşli reaktiv sistem, piyadaların döyüş maşınları, zirehli transportyorlar və əsas döyüş tanklarına qədər quru hərbi texnikasını təmas xəttinə gətirdiyi barədə xəbərlər gəlib. Cəbhə xəttinə olduqca böyük qüvvələr cəmlənib. Bu qoşunlar hələ də mövqelərdən çəkilməyib. Daha doğrusu onlar daimi dislokasiya yerlərinə geri qayıtmaq yerinə ön sədlərdə qalmaqda davam ediblər”, deyə erməni ekspert söyləyib.

Van Ambarsumyan Azərbaycanın Ermənistanın Tavuş rayonu ilə sərhəddə N saylı hərbi briqadasını döyüş mövqelərindən çəkdiyinə və həmin mövqelərin bundan sonra Dövlət Sərhəd Xidmətinin qoşunları tərəfindən qorunacağı barədə xəbərlərə diqqət çəkib. Onun fikrincə, Azərbaycan Milli Ordusunun həmin hissəsi Qarabağ istiqamətinə göndərilib.

“Öz gücünə və silahlanma qabiliyyətinə görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti kiçik Müdafiə nazirliyini, ordu içində ordunu xatırladır”. – deyə Van Ambarsumyan bildirib.

Erməni ekspert sərhəd qoşunlarının hücum xarakterli deyil, əsasən müdafiə yönümlü hərbi texnika ilə silahlandığını, lakin 24 ədəd “Mi-35” zərbə helikoperlərinə malik olduğunu da vurğulayıb.

“Fikirləşirəm ki, hər şey yayın sonlarında başlanacaq. Qışda döyüşmək asan deyil. Həmin fəsildə dizel yanacağı gündə ən azı 2 dəfə işə salmaq lazımdır. Lakin qış aylarında da diverisya-kəşfiyyat növündə xırda toqquşmalar ola bilər”,-deyə Ambarsumyan sonda qeyd edib./musavat.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar