Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

David Şahnazaryan: “Azərbaycan bir neçə min hektar ərazini nəzarət altına götürüb”

Tarix: 01-01-2019 18:52     Baxış: 3213 A- / A+
David Şahnazaryan: “Azərbaycan bir neçə min hektar ərazini nəzarət altına götürüb”
Ermənistan Respublikaçılar Partiyasından deputatlığa keçmiş namizəd, məşhur ekspert, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri və Milli Təhlükəsizlik Şurasının 1990-cı illərdə başçısı olmuş David Şahnazaryan çıxışında bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb.

Manevr.az
xəbər verir ki, Şahnazaryan deyib: “Ən böyük təhlükə Qarabağı təhdid edir. Bu təhlükənin mənbəyi Azərbaycan, yaxud Türkiyə deyil, Ermənistanın hakimiyyətidir. Bu gün danışıqlar prosesində artıq geri dönməyən itkilərlə üz-üzəyik, Ermənistan-Azərbaycan sərhədində isə rəqib Naxçıvanda bir neçə min hektar ərazini nəzarəti altına alıb. Qoşunların təmas xəttində Azərbaycan hücum xarakterinə malik yeni hərbi qurğular tikir. 2019-cu il Qarabağın müdafiəsi baxlmından hamımız üçün ağır olacaq”.

Ermənistanın rəsmi şəxslərinin uzun müddət bu faktı inkar etmələri fonunda Şahnazaryanın sərhəddəki ərazilərin Azərbaycanın nəzarəti altına keçməsi haqqında bəyanatı diqqətə layiqdir. Lakin Nikol Paşinyan da bu yaxınlarda nəhayət etiraf etmişdi ki, mövqelərin yerdəyişməsi baş verib.

“Lakin mən rəsmi olaraq bəyan edirəm ki, mayın 8-i tarixinə (Paşinyanın baş nazir seçildiyi gün) Ermənistanın nəzarəti altnda olan torpaqlar bu cür olaraq qalır”, - baş nazirin vəzifələrini icra edən deyib.

Lakin Avstraliyadakı Holokost və qətliamların öyrənilməsi institutunun analitiki Masis İngilisyanın məqaləsində peyk vasitəsilə çəkilmiş fotoşəkillərlə əyani olaraq nümayiş etdirilir ki, Azərbaycan ordusunun neytral ərazilərdə hərəkəti həm yayda, həm də payızda davam etdirilib.

İngilisyanın noyabr ayında dərc edilmiş məqaləsində deyilirdi ki, Azərbaycanın ordu bölməlrinin yeni mövqelərdə möhkəmlənməsinin nəticəsində ermənilər bir neçə postu qoyub gediblər, digər postları isə bir müddət sonra boşaltmağa məcbur olublar.
David Şahnazaryan: “Azərbaycan bir neçə min hektar ərazini nəzarət altına götürüb”

Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb ki, bunun da 8 min hektardan çox hissəsi əkinçilik üçün yararlıdır. Bunu özünün Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev də vurğulayıb: “Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək”./virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar