Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Nikolu bağışlamır: Bakı üçün mühüm fürsət

Tarix: 30-12-2018 10:16     Baxış: 2264 A- / A+
Rusiya Nikolu bağışlamır: Bakı üçün mühüm fürsət


Ermənistanı qarşıda olduqca çətin günlər gözləyir.

Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib.

“Paşinyanı ta əvvəldən ciddi fiqur kimi qəbul etməyən Moskva indi də bu ənənəsinə sadiq qalır. İrəvan xarici siyasətdə yol verdiyi səhvləri asan düzəldə bilməyəcək. Yeganə müttəfiqi Rusiyanı itirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu, Nikolun ikili siyasətinin nəticəsidir”, - ekspert bildirib.

Politoloq qeyd edib ki, Ermənistana verilən qazın qiyməti ilə bağlı uzun müddətdir aparılan müzakirələrin nəticəsiz qalması iki məqamdan xəbər verir:

“Birincisi, Rusiya forpostuna maddi və mənəvi dəstəyini tamamilə azaldaraq, onu əvvəki kimi müdafiə etməyəcək. Bu isə Ermənistanın regionda təklənməsi deməkdir. İkincisi, Moskva Paşinyanı heç vaxt ciddi fiqur kimi qəbul etməyəcək. Beləliklə, Rusiya-Ermənistan münasibətlərində uçurum dərinləşəcək. Zənnimcə, Bakı bu prosesləri diqqətlə izləməli və yaranmış fürsəti mütləq dəyərləndirməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar