Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Onlar ya satqındılar, ya da bivec” - Cəlaloğludan AXCP-Müsavata ağır ittihamlar

Tarix: 27-12-2018 18:40     Baxış: 3356 A- / A+
“Onlar ya satqındılar, ya da bivec” - Cəlaloğludan AXCP-Müsavata ağır ittihamlar

"Kiminsə özünü müxalifət elan edib, başqalarını müxalifət hesab etməməsi qeyri-siyasi bir yanaşmadır və faktiki olaraq məişət səviyyəsində intriqa mahiyyətli bir məsələdir”.

Manevr.az
xəbər verir ki, bunu bakupost-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

S. Cəlaloğlu deyib ki, əgər bir adam özünü müxalifət elan edirsə və doğurdan da hakimiyyətin apardığı siyasətdə məsuliyyət daşımırsa, faktiki olaraq müxalifətdir: "Bəzi qüvvələr özlərinin mövqelərini yeganə müxalif mövqe kimi şərh edirlər. Biz bunu İslam dinində də görürük. Bəzi təriqətlər var ki, özündən başqa digər təriqətləri düzgün saymır. İndi Azərbaycanda da bəzi siyasi partiyaların müxalifətə münasibəti onların siyasi şüurlarının aşağı olması ilə bağlıdır. Burada ikinci bir məqam var. Həmin məqamı qeyd etməzdən öncə Molla Nəsrəddin məşhur bir lətifəsini xatırlatmaq istəyirəm. Biri gəlib Molla Nəsrəddinə deyir ki, ipini ver, aparıb istifadə edim. Molla Nəsrəddin deyir ki, ipin üstünə buğda sərmişəm. Həmin şəxs də təəccüblə soruşur ki, ipin də üstünə buğda sərmək olar? Molla Nəsrəddin də qayıdır ki, ipi vermək istəməyəndə üzərinə darı da səpmək olar. İndi Azərbaycan müxalifətinin bəzi nümayəndələri müxalifətin birliyini pozmaq, o birlikdə iştirak etməmək, Azərbaycanın qarşısında duran problemlərin həllində ümummilli bir platformada çıxış etməmək üçün bu cür bəhanələr gətirirlər. "Yox, orada müxalifət yığışmayıb, ancaq müxalifət mənəm”… Müxalifətin məsuliyyəti məsələsindən söz düşəndə, bu partiyalar Azərbaycanda 30 il bu hakimiyyətin qalmasına, ölkənin maraqlarının ardıcıl olaraq tapdanmasına, Rusiyanın Azərbaycanı getdikcə daha çox öz təsir dairəsinə salmasına, ümummilli müqavimətin təşkil edilməməsinə görə heç bir məsuliyyəti üzərlərinə götürmürlər. Əgər yeganə müxalifət sənsənsə, o halda bu gün Azərbaycanda müxalifətin özünün vəzifələrini yerinə yetirməməsinə də sən məsuliyyət daşıyırsan. Bu da sənin ya satqınçılığını, ya bacarıqsızlığını, ya da qabiliyyətsizliyini göstərir. Fərqi yoxdur, ya satqınsan, ya gücün yoxdur, ya da gücün olsa da, həmin gücdən istifadə etmək qabiliyyətin yoxdur. Amma səlahiyyət məsələsinə gələndə, bu adamlar dərhal qabağa çıxırlar. Belə hesab edirlər ki, bunlardan başqa müxalifət yoxdur. Mən razıyam, əgər səndən başqa müxalifət yoxdursa, onda Azərbaycan müxalifətinin, xalqının düşdüyü bu vəziyyətin bütün məsuliyyətini də sən daşıyırsan. Buna görə də deməlisən ki, ya sən satqınsan, ya bacarıqsızsan, ya da heç bir gücün yoxdur. Yoxsa bu nədir?! Mən məsuliyyət daşımayım, ancaq səlahiyyəti mənə verin! Deyəndə ki, Azərbaycanda vəziyyət niyə belədir, deyirlər ki, mən nə edim, görün nə qədər müxalif partiya var”.

S. Cəlaloğlu bütün bunların gözə kül üfürmək olduğunu vurğulayıb: "Müxalifətin birliyinə qatılmayanlar internetdə 15-20 nəfər oturdublar, müxtəlif yalançı anketlər atırlar. Bir tərəfdən Azərbaycan müxalifəti haqqında ağızlarına gələn söyüşləri söyür, ictimai rəyi çaşdırır, digər tərəfdən özlərinin yalançı liderlərinin obrazını yaratmaqla məşğuldurlar. Ay bu xilaskardır… 30 ildir ki, bu adamlar Azərbaycan müxalifətinin aparıcı qüvvələridir. Etiraf etməliyik ki, Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra Azərbaycan müxalifətin əsas həlledici səsə malik iki partiyası olub. Biz bu 30 ildə bir müxalifətçi kimi heç bir nailiyyət əldə etməmişik. Yaxşı, qardaş, indiyə qədər siz dediyiniz yolla gedilib, siz rəhbərlik etmisiniz, siz müxalifəti birləşdirmisiniz, ayrımısınız, seçkiyə getmisiniz, seçkiyə getməyib boykot etmisiniz. Xeyir ola, sizin 30 illik siyasətiniz Azərbaycanda irəliyə doğru heç bir dəyişikliyə gətirib çıxarmayıb. İndi sənin kimi bir müxalifətin olmasının nə mənası var? Bir 30 il də gözləyək ki, bunlar müxalifətçidirlər. Müxalifəçilik fəxri ad, medal deyil ki, kiməsə versinlər. Yaxud alimlik dərəcəsi deyil ki, deyək ki, filankəs elmlər namizədidir. Ona görə də bunlar qeyri-siyasi yanaşmadır. Bəzi adamlar ölkədəki status-kvonun dəyişməsinə maraqlı deyillər, tamamilə fərqli maraqlar güdürlər. Müxalifətdə olmaq o demək deyil ki, onların hamısı mələkdir. Biz elə bilirik ki, kimə müxalifətdirsə, yaxşıdır, kimsə iqtidardırsa, pisdir. Yox! Müxalifətin özündə də elə qüvvələr var ki, iqtidardan qat-qat təhlükəlidir. Həmin qüvvələrin niyyətləri, xarici dövlətlərlə müəyyən əlaqələri, üzərlərinə götürdükləri öhdəliklər, ən azından Azərbaycanın gələcəyi üçün cızdıqları siyasi planlar qat-qat təhlükəlidir ”.

ADP sədri müxalifət olanların necə müxalifət olduqları barədə suallara cavab verməsini zəruri sayır: "Azərbaycan xalqına, dövlətinə düşmən bir müxalifətsən, yoxsa dostsan? Dostsansa, harada cəmiyyət, xalq üçün bir iş görülür, gərək, orada iştirak edəsən. Yox, düşmənsənsə, sənin müxalifətçiliyinin bizim üçün heç bir fərqi yoxdur. Kimsə Azərbaycan xalqına qarşı düşmənçiliyi müxalifət, ya iqtidar kimi etsin, bizim üçün fərqi yoxdur. Müxalifətdə olub iqtidarla eyni məqsədə xidmətə edən adamlar ikiqat təhlükəlidir. Özünü müxalifət adlandıran adamlar ümummilli birliyə qatılmamaqla, ümummilli platformada iştirak etməməklə böyük təhlükə törədirlər. Bəli, onlar müxalifətidir, amma pozitiv fəaliyyətlə məşğul olan müxalifət deyil”.

Bəs "Müxalifətin zirvə görüşü”nə qatılan müxalifət ənənəvi müxalifətdən fərqli olaraq nə edəcək, nə ilə fərqlənəcək?

S. Cəlaloğlu ilk dəfədir ki, belə formatda siyasi partiyalar, QHT-lər, ayrı-ayrı ictimai fəal vətəndaşlar bir araya gəldiyini söyləyib: "Bu qənaətə gəlmişik ki, Azərbaycanda siyasi fəallığa, demokratikləşməyə nail olaq. Ən vacibi də bir ictimai güc kimi Dağlıq Qarabağ probleminin həllində aktiv şəkildə iştirak edə bilək. Bu baxımdan belə qənaətə gəldik ki, yığışaq, bu hərəkatın, təşkilatın Əsasnaməsini, yol xəritəsini hazırlayaq, proqramını hazırlarayaq, mübarizənin üsul və vasitələrini müəyyənləşdirək. Eyni zamanda xalqını məhz bu mərkəzin ətrafında birləşdirək. Hələlik yanvarın 5-də ADP-nin qərargahında siyasi partiyalarının liderlərinin iştirakı ilə bir görüş keçiriləcək. Çünki söhbət bir siyasi hərəkatdan gedirsə, burada əsas aparıcılıq da siyasi qüvvələrə verilməlidir. Həmin iclasdan sonra biz ictimaiyyətə seçdiyimiz yol, aparacağımız mübarizənin istiqamətləri, məqsədləri barədə daha aydın və dəqiq məlumat verəcəyik”.

Qeyd edək ki, dekabrın 25-də "Müxalifətin zirvə görüşü” kimi təqdim edilən "Azərbaycanda mövcud ictimai – siyasi vəziyyət və müxalifətin vəzifələri” mövzusunda Dəyirmi Masa keçirilib. Ancaq Müsavat, AXCP, Vətəndaş Həmrəyliyi Partiyası və digər siyasi qüvvələrin qatılmadığı tədbirə münasibət birmənalı deyil. Müsavat və AXCP təmsilçiləri isə bu görüşün müxalifətin tədbiri kimi dəyərləndirilməsini yanlış sayır, orada iştirak edənlərin müxalif qüvvələr olmadığını vurğulayırlar.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar