Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pənah Hüseyn: “Vəzirov heç də üzdə göründüyü kimi deyildi” - Tarixi video

Tarix: 26-12-2018 11:41     Baxış: 3288 A- / A+
Pənah Hüseyn: “Vəzirov heç də üzdə göründüyü kimi deyildi” - Tarixi video

Sosial şəbəkələrdə 1988-1990-cı ildə Azərbaycan SSRİ Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirovun Azərbaycan SSRİ Ali Sovetinin iclasında Azərbaycan Xalq Cəbhəsinin deputatları ilə gərgin mübahisəsini əks etdirən video yayılıb. Diqqətlə izləyəndə məlum olur ki, ölkədə yaranmış ağır durumla bağlı Ə.Vəzirov hərəkat liderləri ilə danışıqlar aparırmış və onların təkliflərini dinləyibmiş. Vəzirov həmin videoda Ali Sovet tribunasından müxalifəti təkrar-təkrar müzakirələrə çağırır, təkliflərini dinlədiyini və dinləməyə hazır olduğunu deyir. Lakin AXC deputatları onunla heç cür razılaşmırlar və heç bir təklifini dinləməyə hazır olmadıqlarını nümayiş etdirirlər, ümumxalq tətilini belə elan edirlər.

Qeyd edək ki, zaman-zaman belə fikirlər yayılıb ki, o dövrlər AXC, hərəkatçılar Ə.Vəzirovla uzlaşsaydılar bəlkə də ölkənin durumu fərqli ola bilərdi. Vəzirovu bəzən hətta demokrat da adlandıranlara rast gəlinir. “Ona hərəkatçılar gərək bir müddət imkan yaradaydılar, möhlət verəydilər” kimi fikirlərə də rast gəlinir zaman-zaman. Bəs bu deyilənlər əsaslıdırmı?

Azərbaycan Xalq Cəbhəsinin və xalq hərəkatının liderlərindən biri olmuş sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, bütün bunlar yanlış təəssüratlardır: “Əbdürrəhman Vəzirov heç də üzdə göründüyü kimi deyildi. Vəzirov bir gün deyirdi ki, təklif verin, gəlin müzakirə edək. Sabah deyirdi ki, heç bir müzakirə aparmaq istəmir. Hətta bu dəqiqə dediyini az sonra inkar edirdi. Çünki çox məsələlərdə o, həm də həlledici şəkildə onun iradəsindən asılı olmaya cərəyan edən SSRİ miqyaslı proseslərdən asılı idi. SSRİ rəhbərliyinin faktiki olaraq xaotik hərəkətlərindən asılı idi. Qarabağ məsələsində Moskva-Qorbaçov Vəzirova hər hansı duruş gətirmə şansı tanımadı. Necə ki, ”Perestroyka"nın elan olunmuş məqsədləri iflasa məhkum idi, Vəzirovun da siyasi iflası labüd idi və bu baş verdi".

Xatırladaq ki, Əbdürrəhman Vəzirov 1990-cı ilin qanlı 20 Yanvar qırğını baş verəndən dərhal sonra Azərbaycanı tərk edib. Hazırda Rusiyada yaşayır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar