Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Putinin mətbuat konfransı: Atatürk, Paşinyan, Poroşenko haqda nələr dedi...

Tarix: 21-12-2018 09:06     Baxış: 3394 A- / A+
Putinin mətbuat konfransı: Atatürk, Paşinyan, Poroşenko haqda nələr dedi...


Rusiya prezidentindən ölkədəki iqtisadi vəziyyət, dünyadakı durum, qonşu dövlətlərlə münasibət haqda ilginc açıqlamalar

Dekabrın 20-də Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına dair illik böyük mətbuat konfransı keçirib.

Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilən mətbuat konfransında rekord sayda media təmsilçisi- 1702 jurnalist iştirak edib.

Vladimir Putin Rusiya iqtisadiyyatının vəziyyəti barədə danışarkən deyib ki, Medvedyev hökuməti inflyasiyanın artmasının qarşısını almaq üçün ƏDV-ni artırıb: “Rusiya böhranlar zamanı neft dollarlarını xərcləməli idi. Nəticədə neft-qaz kəsiri artdı. Hazırda bunu 6,6%-ə qədər azaltmağı bacarmışıq. Bu, iqtisadiyyatın dayanıqlığı üçün çox vacib göstəricidir. Bəzi ölkələrdə ƏDV 20%-dən çoxdur. Biz bu vergini azaltmışdıq, amma sonra yenidən artırdıq. Bu qərarı inflyasiyanın artmasının qarşısını almaq üçün qəbul etmişik”. Putin 2021-ci ildə iqtisadi artımın 3% olacağını söyləyib. O, Rusiyanın dünyanın 5-ci iqtisadiyyatı olmasına hədəfləndiyini bildirib.

Sanksiyalardan danışan Putin deyib ki, Rusiya bütün tarixi boyunca sanksiyalar və məhdudiyyətlər altında yaşayıb:
“XX əsrin sonundakı diplomatik yazışmalara baxın. Bu, Rusiyanın gücünün artması ilə bağlıdır. Güclü oyunçu yaranır və onunla hesablaşmaq lazımdır, amma onlar istəmirlər. Biz 160 milyon insanın maraqlarını ehtiyatlı şəkildə müdafiə edirik”. Prezident əlavə edib ki, sanksiyaların heç bir məntiqi yoxdur: “Bu, Rusiyanın qarşısını almaq üçün əlavə tədbirlərdir. Bizim iqtisadiyyat buna artıq adaptasiya olunub”.

Dünyada nüvə müharibəsi təhlükəsinin artmasından təəssüfləndiyini bildirən dövlət başçısı “Rusiya silahlanmada üstünlüyün əldə olunmasına yox, balansın saxlanılmasına çalışır” deyib. “Biz silahlanmanın qarşısının alınması üzrə beynəlxalq sistemin çökdüyünü müşahidə edirik. ABŞ-ın hava hücumundan müdafiə razılaşmasından sonra Moskva öz silahlanmasını modernizə etməli oldu. Nəticədə Rusiya üstünlük qazandı, amma söhbət paritetin saxlanılmasından gedir. İndi isə ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır. Qərbdə kiçik ölçülü nüvə silahından istifadə ideyası hökmranlıq edir. Belə silahlanmanın tətbiqi qlobal fəlakətə səbəb olacaq” - deyə, o bildirib.

Putin Kerç boğazında baş verənlər barədə də sualı cavablandırıb. Deyib ki, Ukrayna tərəfi istəyirdi ki, “dənizçilərdən kimsə ölsün”.

“Bu, bizim ukraynalı tərəfdaşlarımızın nəyinə lazım idi? Aydındır ki, namizədlərdən birinin reytinqini qaldırmaq üçün. Poroşenkonun reytinqi qalxdı. O, beşinci pillədən ikinci pilləyə yüksəldi. O, ölkənin maraqları hesabına öz hədəfinə çatdı. Lakin bu, reytinq qaldırmağın pis üsuludur. Dənizçiləri göndərəndə düşünürdülər ki, onlardan kimsə öldürüləcək. İstintaq gedir, nəticədə onlarla nə edəcəyimiz müəyyənləşəcək. Donbasda blokadanı Rusiya yox, Ukrayna hökuməti yaradıb. Onlar dinc sakinlərə atəş açır, hər gün insanlar ölür. Rusiya Donbasa humanitar yardım göstərir və bundan sonra da edəcəyik".

Putin vurğulayıb ki, münaqişəyə rəğmən, Ukrayna hələ də ölkəsinin vacib ticarət tərəfdaşıdır, ölkələrarası ticarət dövriyyəsi artır.

Ukrayna Pravoslav Kilsəsinin müstəqilləşmə qərarına isə prezident belə münasibət bildirib: “Bu gün pravoslavlıqda baş verənlər ağılasığmazdır. Bu, dövlətlərin kilsənin işinə birbaşa qarışmasıdır. Belə şey SSRİ dövründən bu yana heç vaxt baş verməmişdi. Sizin xoşunuza Moskva gəlmirsə, indi İstanbuldan asılı olacaqsınız. Ukrayna Pravoslav Kilsəsi hər zaman müstəqil olub. Onların Rus Pravoslav Kilsəsi ilə yalnız mənəvi bağlılığı var idi. İndi onların vəziyyətinə baxın. Bundan sonra onlar Konstantinopol və Vaşinqtondan gələn mesajlardan asılı olacaq. Bu, həm də Konstantinopol Patriarxı Varfolomeyin daha çox gəlir əldə etmək istəyi ilə bağlıdır. Bu qərar seçkiqabağı reytinqin qaldırılmasına da hesablanıb”. Mətbuat konfransı zamanı jurnalistlərdən biri Ukrayna bayrağı qaldırıb.

Putinin mətbuat konfransı: Atatürk, Paşinyan, Poroşenko haqda nələr dedi...


Vladimir Putin isə onun bu addımına “Qalmaqal çıxarmaq istəyirsiz? Buyurun” - cavabını verib.

Donald Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə suala cavabında Rusiya lideri deyib ki, ABŞ ordusunun Suriyada mövcudluğu qanunsuzdur: “Suriyadan ABŞ qoşunlarının çıxarılmasına gəlincə, ABŞ hər il Əfqanıstandan da ordularını ”çıxarır". Suriyada hərbçilərin çıxarılması da hələlik görünmür. Hər bir halda bu da baş verəcək. Əgər indi belə qərar qəbul ediblərsə, bu, doğru addımdır".

Prezident ABŞ-da həbs edilən və bu günlərdə casus olduğunu etiraf edən Mariya Butina haqda da danışıb.

“Biz heç bir zaman öz həbs edilmiş vətəndaşlarımızın mübadiləsi üçün heç nədə günahkar olmayan insanları tutmayacağıq. ABŞ-da həbs edilən Mariya Butina özünün nə deməsindən asılı olmayaraq, dövlətin əmrini icra etməyib.

O bildirib ki, vətəndaşlarının həbsinə Rusiya biganə yanaşmır:
“Skripal sağdır, Rusiyaya qarşı sanksiyalar isə davam edir, amma Qaşıqçı ölüb, əvəzində heç bir sanksiya yoxdur. Skripal insidenti rusofob, anti-Rusiya yanaşmasının nəticəsidir. Skripal olmasaydı, başqa bir şey fikirləşəcəkdilər. Məqsəd Rusiyanın inkişafının qarşısını almaqdır”.

“Ermənilər Cənubi Qafqazda rusların ən yaxın müttəfiqidir və ümid edirəm ki, belə də olacaq. Ermənistan Rusiyanın strateji tərəfdaşıdır və hazırda iki ölkə arasında münasibətlər stabildir. Paşinyanla görüşdə bu münasibətlərin inkişafı diqqət mərkəzində olacaq”. Putin bunu Ermənistanla hazırkı münasibətlərlə bağlı sualın cavabında deyib. Prezident deyib ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.

Ermənistanla münasibətləri necə bərpa etmək fikrində olduqları barədə sualı cavablandıran dövlət başçısı bildirib ki, aralarında uçub-dağılan, bərpa edilməli olan heç bir şey yoxdur və Paşinyanla görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə olunacaq (Yazının hazırlanmasında axar.az və virtualaz.org-un materiallarından istifadə olunub).

Türkiyə ilə münasibətlərlə bağlı sualın cavabında prezident tarixə ekskurs edərək deyib ki, Mustafa Kamal Atatürk Rusiyanın böyük dostu idi:
“O, bizim ölkələr arasında əməkdaşlığın əsaslarını qoyub, Türkiyə dövlətinin qorunması üçün çox şey edib. Moskva və Ankara münasibətləri hazırda yaxşı inkişaf edir, əlaqələr güclənir. Tərəflər hər şeylə razı deyillər, amma kompromislər axtarmağa hazırdırlar. Türkiyə NATO üzvü kimi müstəqil xarici siyasət aparır”.

“Layf Nyus”un jurnalistinin “Siz nə vaxt və kimlə evlənəcəksiniz” sualına Putin maraqlı cavab verib:
“Siz evlisinizmi?” Jurnalistin təsdiq cavabından sonra Putin digər media nümayəndələrinə üz tutaraq, “İstəyir, mən də onun kimi olum” deyib. Daha sonra o, hər bir normal insanın nə vaxtsa evlənəcəyini qeyd edib./musavat.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar