Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Moskvadan Paşinyana açıq hədə: Özündə cəsarət tapıb...

Tarix: 19-12-2018 13:51     Baxış: 3243 A- / A+
Moskvadan Paşinyana açıq hədə: Özündə cəsarət tapıb...

Hesab edirik ki, İrəvan özündə cəsarət tapıb ABŞ-ın təzyiqlərinə qarşı dayanacaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin deyib.

“Məsələ Moskvanın Ermənistan parlamentinin ABŞ-a doğru yön alacağından qorxması deyil. Narahatçılığa səbəb ilk növbədə dost Ermənistan xalqında var. Cari ildə ölkədə baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun daxili və xarici siyasətinə müdaxiləsi adi hala çevrilir.

Biz artıq ABŞ-ın İrəvandakı əvvəlki səfiri Riçard Milzin bununla bağlı açıq etiraflarına şərh verməli olmuşuq. Bu etiraf onunla fərqlənirdi ki, o, ictimai şəkildə erməni hökumətinə büdcənin formalaşdırılmasıyla bağlı dərs keçirdi və Vaşinqtondan ödəniş alan QHT-ləri hökumət üzərindən gözlərini çəkməməyi tələb edirdi. Con Bolton əslində erməni xalqının tarixi təcrübəsini təhqiramiz formada tarixi klişe adlandırdı, həmçinin Ermənistana Amerika silahları almağı və antiiran sanksiyalarına qoşulmağı məsləhət gördü. Əgər Ermənistan-Amerika münasibətlərinin ictimai tərəfi bu cürdürsə, o zaman kulisdə nələrin baş verdiyini yalnız təsəvvür etmək olar.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistanın Rusiya ilə dostluq əlaqələrindən imtina etməsi çağırışını sayğısızlıq adlandırdı.

Ukraynanın taleyi faciəvidir. Kiyevin milli maraqlarının aydın şəkildə əksinə olaraq onu öz qlobal strategiyasının reallaşdırılmasında itaətkar vasitəyə çevirmək üçün Qərb burada dövlət çevrilişi etdi. Bəs Gürcüstan? Axı məhz NATO üzvlüyü ilə vədlər Mixail Saakaşvilini Cənubi Osetiyada 2008-ci il avqust hərbi avantürasını yaratmağa gətirib çıxardı. Bu onun ölkəsinin ərazi itkisinə gətirib çıxardı.

Hesab edirik ki, parlament seçkisində lazımi mandat əldə etməyi bacaran Ermənistanın indiki rəhbərliyi özündə cəsarət tapıb, xarici şantaj və təzyiqlərə müqavimət göstərəcək, suveren haqqını müdafiə edərək, milli maraqlara uyğun olaraq müstəqil qərar verəcək” – deyə o bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar