Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Deməli onlar Qazax tərəfdən bir briqadanı götürüb Qarabağa yönəldəcəklər..."

Tarix: 18-12-2018 12:31     Baxış: 2268 A- / A+
"Deməli onlar Qazax tərəfdən bir briqadanı götürüb Qarabağa yönəldəcəklər..."

Azərbaycanın Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarının bölmələrini yerləşdirməsinə Yerevandan şərhlər gəlməkdə davam edir.

Bu dəfə 90-cı illərin əvvəllərində Ermənistanın Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya batalyonunun komandiri olmuş Vova Vartanov bu hadisə barədə öz fikirlərini jurnalistlərlə bölüşüb.

Kəşfiyyatçı Vova deyir ki, hazırda Azərbaycan tərəfində fəal hərəkətlilik müşahidə olunur. "Onlar təmas xəttinin həm Qarabağ, həm Naxçıvan istiqamətində fəal mühəndis işləri aparırlar. Habelə qoşunların yerləşdirilməsi məsələsində müəyyən dəyişiklik edilir. Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən xeyli fərqlidir. Hazırda sərhəd qoşunları sərhədin Qazax istiqamətində yerləşdirilir. Bu isə o deməkdir ki, onlar bir briqadanı Ermənistanla sərhəddən götürüb zərurət yaranarsa Qarabağ istiqamətinə yönəldəcəklər"-Vova Vartanov belə deyib.

Azərbaycanın sərhəd qoşunlarını Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətinə yerləşdirdiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. O bildirib ki, Ali baş komandanın bu əmri sərhəd qoşunlarının yüksək döyüş hazırlığına və təchizata malik olmasının nəticəsidir.

Azərbaycanın sərhəd qoşunları ağır və yüngül zirehli texnika, tank əleyhinə raket sistemləri, hava hücumundan müdafiə vasitələri və müxtəlif artilleriya sistemləri ilə təchiz edilmiş, tammiqyaslı döyüş əməliyyatları həyata keçirən qoşun birləşməsidir. Bu baxımdan kəşfiyyatçı Vova tamamilə düz deyir ki, Azərbaycanın sərhəd qoşunları Ermənistanın sərhəd qoşunlarından fərqlənir.virtualaz

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar