Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: "Paşinyan anlamalıdır ki, Qarabağ münaqişəsi nizamlanmadan..."

Tarix: 13-12-2018 23:09     Baxış: 3250 A- / A+
Deputat: "Paşinyan anlamalıdır ki, Qarabağ münaqişəsi nizamlanmadan..."

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoydu.

Manevr.az
xəbər verir ki, bunu trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı Azərbaycanın heç bir zaman ərazi bütövlüyü prinsipindən əl çəkməyəcəyini və bütün torpaqlarının qaytarılması istiqamətində fəaliyyət göstərəcəyini bir daha bəyan etdi.

A.Mirzəzadə vurğulayıb ki, bu gün Azərbaycan torpaqlarını işğal edən Ermənistan çox ağır vəziyyətdədir və ciddi problemlər içərisindədir:

“Bu ilin aprelində Ermənistanda baş verən hadisələrin Dağlıq Qarabağ problemindən irəli gələn çətinliklərdən yarandığını bir daha gördük. Yeni hakimiyyət dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək olmaz. Bu gün Ermənistan cəmiyyəti Nikol Paşinyandan ilk növbədə Ermənistanı təcrid vəziyyətindən çıxarmağı, sosial problemlərin həllini tələb edir və əgər Paşinyan Koçaryan, Sarkisyan siyasətini davam etdirəcəksə, onda heç bir irəliləyiş əldə edilməyəcək”.

Deputat əlavə edib ki, Azərbaycan isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində inkişaf edən səmərəli iqtisadiyyata, vətəndaş birliyinə malikdir: "İki il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir. Bu baxımdan Paşinyan Azərbaycanın işğal edilmiş torpaqalarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda Ermənistan iki il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar