Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan Rusiyaya xəyanət etsə, Kreml erməni miqrantlarını hədəfə alacaq” – Rusiyalı politoloq

Tarix: 12-12-2018 21:30     Baxış: 2245 A- / A+
 “Paşinyan Rusiyaya xəyanət etsə, Kreml erməni miqrantlarını hədəfə alacaq”

“Təcrübə göstərir ki, “küçə demokratiyası” sayəsində buna nail olmaq mümkün deyil”.
 “Paşinyan Rusiyaya xəyanət etsə, Kreml erməni miqrantlarını hədəfə alacaq”
Bu fikirləri müsahibəsində Ermənistan hökumətinin son seçkilərdən sonra ölkənin siyasi yönünü dəyişdirmək ehtimalını dəyərləndirən Rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Fərhad İbrahimovun sözlərinə görə, İrəvanın üzünü Qərbə çevirməsi Ermənistan üçün ağır nəticələrə gətirəcək:

“Paşinyanı “kiminsə adamı” saymaq olmaz. Çoxları onu qəti şəkildə Qərbyönümlü siyasətçi hesab etsələr də, mən Paşinyanı o cür qiymətləndirməzdim. Həmçinin Paşinyanın deputat olduğu vaxt səsləndirdiyi bəzi fikirlər də onun Rusiyayönümlü olduğunu söyləmək üçün əsas vermir. O, Azərbaycanla müharibə vəziyyətini nəzərə almadan, Qərb və NATO ilə fəal əməkdaşlığa çağırırdı.

Digər tərəfdən, Paşinyanın Avrasiya İttifaqına qarşı çıxması da özlüyündə çox şeydən xəbər verir. Yəni, birmənalı olaraq, Rusiyayönümlü deyil. Paşinyan Ermənistanı “işıqlı gələcəyə” aparmağı arzulayır. Ancaq təcrübə göstərir ki, “küçə demokratiyası” sayəsində buna nail olmaq mümkün deyil.

Rusiyalı ekspertlərin Paşinyanı tənqid etmələri üçün obyektiv əsaslar var. Paşinyan Avrasiya İttifaqı və KTMT-yə üzv olan bir ölkəyə rəhbərlik edir. Bu isə avtomatik olaraq, strateji müttəfiq seçimi anlamına gəlir. Lakin Paşinyanın Avropa İttifaqı və NATO ilə əməkdaşlıqdan danışması bunun əksini deyir.

Bununla belə, o fikirdə deyiləm ki, Paşinyan Ermənistanın siyasi orientasiyasını dəyişəcək qədər irəli getsin. Bəli, o, müxalifətdə olarkən Ermənistanın Avrasiya İttifaqına daxil olmasını tənqid etmişdi. Amma o özü hakimiyyətə gəldikdən sonra vəziyyəti dərk etməyə başladı.

Ermənistanın iqtisadi vəziyyəti çətin, hətta ağırdır. Paşinyan ümid edir ki, İranla Azad Ticarət Zonası haqqında anlaşma vəziyyəti düzəltməyə imkan verəcək. Lakin bu da inandırıcı görünmür.

İşdir, Ermənistan öz siyasi orientasiyasını dəyişməyə cəhd göstərsə, o zaman Moskva bunun qarşısını almaq üçün mexanizmləri işə salacaq. Həmin tədbirlərin nədən ibarət olacağını söyləmək çətindir. Böyük ehtimalla, görüləcək tədbirlər həm də Rusiyada yaşayıb-işləyən Ermənistan vətəndaşlarını əhatə edəcək”. yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar