Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər rus dostlarına yeni ad verdilər - "Kremlin iti"

Tarix: 12-12-2018 10:19     Baxış: 3212 A- / A+
Ermənilər rus dostlarına yeni ad verdilər - "Kremlin iti"

Ermənilərin ikiüzlülüklərindən şoka düşən Zatulinə cavab

Ermənilərin rusiyalı deputat Konstantin Zatulinə hücumları başlayıb. Saytımız hər zaman və her şeydə erməni siyasətçiləri dəstəkləyən şəxsin bu millət haqqında fikrinin dəyişdiyini bir neçə gün öncə yazmışdı.

Erməni mətbuatı da indi Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının 7-ci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavinini təhqir və tənqid etmə kampaniyasına start veriblər. Onlar iddia edirlər ki, köhnə rejim dağıldıqdan sonra yeni inqilabçı hakimiyyət satqın rusiyalı deputatı bəsləməkdən imtina edib. Bunun üçün də Zatulin incikliyini ictimai şəkildə bildirib.

“Bildiyimiz kimi siyasətçilərin dostları olmur, onların ancaq maraqları var. Biz özünü erməni xalqının dostu kimi təqdim edən şəxsin əslində necə olduğuna soydaşlarımızın gözlərini açmaq üçün yazırıq. O, “Komsomolskaya Pravda” qəzetinə naşı müsahibə verib və erməni xalqına, hakimiyyətə özünü necə aparmalı olduğunu öyrətmək istəyib. Rusiyalı deputatın yeni hakimiyyətə qarşı aqresiv çıxışı Zatulinin heç vaxt Ermənistanın dostu olmadığını göstərir. O, imperiya Rusiyasını təmsil edib”, “Armenian report” belə yazır.

Mətbuat yazır ki, Ermənistanda hələ də Zatulinin dost olduğuna, öz vaxtında Qarabağ məsələsində İrəvanı dəstəkləyib və buna görə də xeyli pul mükafatı aldığına inanlar da var. “Kremlin satqın iti bizim dostumuz ola bilməz".

Keçmiş erməni dostlarına Zatulinin özünün necə cavab verəcəyi çox maraqlıdır. Axı Komitə sədrinin birinci müavini korrupsiyada, rüşvətxorluqda ittiham edilir. Saytımız bir zamanlar dost olan tərəflərin bu münaqişəsini diqqətlə müşahidə edəcək.
Ermənilər rus dostlarına yeni ad verdilər - "Kremlin iti"



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar