Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İsgəndər Həmidov: “Lider kimi önə çıxmaq məqsədim yoxdur”

Tarix: 11-12-2018 11:30     Baxış: 3669 A- / A+
İsgəndər Həmidov: “Lider kimi önə çıxmaq məqsədim yoxdur”

““Müxalifət zirvəsi"nin gözlənilən parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur"

Sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov dekabrın 25-də saat 12.00-da VHP-nin qərargahında “Müxalifət zirvəsi” təşkil edəcək. Görüşün mövzusu “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri”dir.

Zirvə görüşünə İ.Həmidovun özü də daxil olmaqla, ölkənin ən tanınmış 36 müxalif siyasətçisinə dəvət göndərilib. Həmin siyasətçilər bunlardır:

İsgəndər Həmidov, Pənah Hüseyn, Əli Kərimli, Cəmil Həsənli, İsə Qəmbər, Arif Hacılı, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev, Tural Abbaslı, İlqar Məmmədov, Qubad İbadoğlu, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Fuad Əliyev, Elşad Musayev, Nəsir Ağayev, Etibar Məmmədov, Arzuxan Əlizadə, Lalə Şövkət Hacıyeva, İlham Əliyev, Əvəz Temirxan, Nemət Pənahlı, Rahim Qazıyev, Hacibaba Əzimov, İlyas İsmayılov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Rafiq Turabxanoğlu, Vaqif Hacıbəyli, Qulamhüseyn Əlibəyli, Ağasif Şakiroğlu, Mətləb Mütəllimli, Eldar Namazov, Valeh İbadov və İxtiyar Şirin.

Toplantı təyin olunduğu andan etibarən müxtəlif müzakirələr açılıb. Dəvət edilən siyasətçilərin dəvətə necə münasibət sərgiləyəcəkləri suallar doğurur. Xüsusilə AXCP sədri Əli Kərimlinin son bir həftədə müxalifət daxilində birlik təşəbbüsü ilə çıxış etməsinin, hətta bəzi tanınmış siyasətçilərlə gizli və ya açıq şəkildə görüşünün ardından “Müxalifət zirvə”sinin təyin edilməsi fərqli situasiya ortaya çıxarıb.

Manevr.az
xəbər verir ki, musavat.com İ.Həmidovdan nə üçün belə bir təşəbbüslə çıxış etməsi ilə bağlı fikirlərini alıb

Sabiq nazir öncəliklə günlər öncə sağlamlığı ilə əlaqədar xəstəxanaya yerləşdirilərkən yanında olan hər kəsə təşəkkür etdi: “Xəstəliyimlə əlaqədar kim xəbər tutub narahatçılıq keçirdisə, yanımda oldusa, hər birinə sizin qəzet vasitəsilə təşəkkürümü bildirirəm. Müxalifətin belə bir toplantısının təyin olunmasına gəlincə, bu məsələ bir neçə il öncədən düşünülürdü. Haradasa 3-4 il olar. Müxalifət düşərgəsinə baxdıqda belə bir mənzərə yaranır ki, sanki ustalıqla bir əl bu düşərgə daxilində kin-küdurət, nifrət yaradıb. Qüvvələr bir-birinə qarşı qoyulub. Unutmayaq ki, bu düşərgədə təmsil olunanların hamısı od-alovdan keçiblər. Hər birinin də kifayət qədər siyasi təcrübələri var. Qonşu ölkələrdə gedən proseslər göstərir ki, cəmiyyət demokratiyaya doğru irəliləyiş etməlidir. Demokratik islahatların qarşısı alınmazdır. Gec-tez bu olacaq. Cəmiyyətimizin demokratiyaya doğru getməsi üçün belə bir toplantının olması çox vacibdir. Burada kiçik və ya böyük düşüncəsi olmamalıdır. Bütün ambisiyalar kənara qoyulmalıdır. Bir daha inam, məhəbbət bəsləyib irəli getməliyik. Bu yolda ciddi nəticələr qazanmaq olar. Səhəri gün bir hakimiyyətyönlü siyasətçi, yaxud partiya rəhbəri gəlib öz fikrini demək istəsə, dinləməyə hazırıq. Bir-birimizi öyrətməli, dinləməliyik”.

İsgəndər bəy nə üçün belə bir toplantının keçirilməsi təşəbbüsü ilə çıxış etdiyinə də aydınlıq gətirdi: “Bu toplantı ilə liderlik funksiyası yerinə yetirmək fikrindən çox-çox uzağam. Belə bir niyyətim də yoxdur. Həbsxanadan çıxandan sonra fəaliyyətim zamanı dostumuz Əli bəy, İsa bəy və Arif bəyin yanında olduğum zamanlar çox olub. Mənim üçün lider kimi önə çıxmaq məqsədi yoxdur. Öncəliklə xalqım mənim üçün öndədir, xalqım lider olmalıdır. İstənilən xalq öz içərisindən lider çıxara bilər. Bu təşəbbüsüm türmədən çıxdıqdan sonra son 15 ildə hər zaman məndə olub. İndiyə qədər bir sıra belə toplantılar keçirilib, birliklər olub, amma onların əksəriyyəti cəmiyyəti tam əhatə edə bilməyib. Seçkilər öncəsi yaranan birliklərin heç biri özünü doğrultmayıb. Əgər demokratik mühitə, islahatlara nail olmasaq, heç nə əldə edə bilməyəcəyik. Biz bir olaraq bunlara nail olmalıyıq. Lider funksiyası oynamaq fikrim yoxdur və belə bir fikrə də düşmərəm. 71 yaşım var. Allahın mənə nə qədər ömür verdiyi məlum deyil. Tək istəyim odur ki, millətimin güzəranı hər zaman yaxşı olsun. Ərazi bütövlüyümüzün bərpası mütləqdir”.

AMDP sədri dəvətinə necə reaksiya göstəriləcəyinə də toxundu: “Toplantıya qatılıb-qatılmamaq hər kəsin öz işidir. Mən bilirəm ki, qatılanlar da, qatılmayanlar da Azərbaycanı sevirlər. Toplantı barədə dünyanın əksər yerlərinə məlumat veriləcək. Hər kəs öz fikrini gəlib deyə bilər. Hamı dinlənilməli, birlikdə sənəd hazırlanmalıdır. Narazı fikirlərə də hörmət edilməlidir. Əgər kimsə birlik təşəbbüsü ilə çıxış etsə, inanın ki, hamımız gedib ora qoşularıq. Təki birlik olsun. Amma vahid birlik olmalıdır. 3, 4 və ya 5 birlik ola bilməz. Bu ancaq siyasi oyunbazlıqdır. Belə oyunbazlıqlara getməyə artıq son qoyulmalıdır. ”Müxalifət zirvəsi"nin gözlənilən parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Əgər demokratik mühit olmasa, demokratik islahatlara gedilməsə, parlament seçkilərində nələrisə qazanmağa ümid etmək olmaz. Bu baxımdan toplantının seçkilərlə əlaqəli olmadığını hər kəs bilsin. Belə düşüncələr bizi parçalayır, birləşdirmir. Namizəd vermək, yaxud müəyyənləşdirmək halları indiyə qədər müxalifəti daha çox parçalayıb. Zirvə görüşündə müxtəlif partiyaların rəhbərləri, tanınmış siyasətçilər iştirak edəcəklər. İndidən deyim ki, orada toplantının parlament seçkiləri ilə heç bir əlaqəsinin olmadığını bəyan edəcəm".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar