Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...

Tarix: 07-12-2018 14:01     Baxış: 2285 A- / A+
Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...


“Kütlə elə bir qüvvədir ki, bir dəfə hakimiyyəti dəyişməyə nail oldusa, onun damağında dad qalır. Və o istəyəcək ki, ikinci dəfə də öz gücünü göstərsin. Bu halda, Nikol Paşinyan diktator kimi gücə əl atmalıdır, əmr etməlidir ki, kütləyə güllə atılsın. Ya da hakimiyyətdən getməlidir”.

Bu fikirləri “azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov deyib.

Ermənistanda 9 dekabr parlament seçkilərindən öncəki siyasi və sosial vəziyyət haqqında danışan tanınmış jurnalist Ermənistanı yeni inqilaba sürükləyən məqamları açıqlayıb:

“Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın vəzifəyə gələn zamandan etibarən cəmi bir planı olub: Ermənistanda hakimiyyətin bütün qollarını öz nəzarəti altına almaq. Hələ ki, onun heç bir başqa planı, proqramı, Ermənistanın inkişafı ilə bağlı hər hansı təkliflər paketi ortaya qoyulmayıb. Paşinyan bütün gücü ilə tək məqsədini reallaşdırmaq üzərində çalışır. Onun texniki cəhdləri: parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi bir məqsədə xidmət edir ki, Ermənistan hakimiyyətini bütövlükdə, bütün qolları ilə birlikdə mənimsəsin. Bu vəziyyət artıq kütləvi narazılıq doğurmağa başlayıb. Çünki Paşinyan baş nazir olandan bu yana Ermənistan xalqının sosial vəziyyətini yaxşılaşdıracaq heç bir addım atılmayıb. İqtisadiyyat bir az da geriləyib. Vəziyyət bir az da ağırlaşıb. Hakim dairələr isə bu vəziyyətə rəğmən, yalnız öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Bu da istər-istəməz sual doğurur: yaxşı, bəs sonra? Axı sosial vəziyyətin yaxşılığa doğru dəyişdirilməsi üçün hakimiyyətin bütün qollarının nəzarət altına alınmasına ehtiyac yoxdur. Baş nazir olan kimi müəyyən işlər görmək olardı. Amma Paşinyan bunu etmədi. Xalq da görür ki, artıq qış gəlir, havalar soyuyur, sosial vəziyyət bir az da korlanır. Lakin yaşayış şərtlərində heç bir irəliləyiş olmur. Paşinyan isə yeni seçkilərin dərdindədir. Ona görə də dünənə qədər onun arxalandığı kütlə bu gün başa düşür ki, aldadılıb. Düzdür, kütlə aldadıldığını, adətən, çox gec başa düşür. Ancaq Ermənistanda aldadılmaq fikri yavaş-yavaş genişlənməyə başlayır.

Düşünürəm ki, Paşinyanın ilin sonuna qədər vaxtı var. Ondan sonra daha böyük etirazlarla üzləşəcək. Çünki onun hakimiyyətə gəlməsi üçün irəli sürdüyü vədlərin heç biri yerinə yetirilməyib və yerinə yetirilməsi də mümkün deyil. O, öz hakimiyyətini möhkəmləndirəndən sonra, ola bilsin, Rusiyaya qarşı daha sərt çıxışlar edəcək. Hələ ki, buna risk edə bilmir. Çünki parlament tam nəzarətdə deyil və vəziyyət sürüşkəndir. Rusiyaya qarşı sərt çıxışlar isə Ermənistanın vəziyyətini daha pisləşdirəcək. Rusiya əlini Ermənistanın çiynindən çəkəcək".
Paşinyanın 2 yolu və 24 gün VAXTI VAR: Ya atəş əmri verəcək, ya da...

Vüsal Məmmədov qeyd edib ki, gələn ilin birinci rübündə Paşinyana qarşı daha sərt etirazlar gözləyir:

“Hazırda baş verənlər isə prosesin başlanğıcıdır. Küçə etirazlarının inqilaba çevrilməsi tamamilə mümkündür. Çünki Paşinyan hakimiyyətə gələndən sonra Rusiyaya qarşı buynuz göstərməyə başladı. Əgər bu proses bir az da belə davam etsə, sosial vəziyyətdə yaxşılığa doğru inkişaf olmasa – hərçənd, Ermənistanda elə bir iqtisadi potensial yoxdur ki, tez bir zamanda xalqın sosial vəziyyəti yaxşılaşsın – onda ölkə çox tezliklə başa düşəcək ki, aldadılıb. Kütlə isə elə bir qüvvədir ki, bir dəfə hakimiyyəti dəyişməyə nail oldusa, onun damağında dad qalır. Və o istəyəcək ki, ikinci dəfə də öz gücünü göstərsin. Bu halda, Paşinyan diktator kimi gücə əl atmalıdır, əmr etməlidir ki, kütləyə güllə atılsın. Ya da hakimiyyətdən getməlidir. Birinci halda Ermənistanda yeni diktatura bərqərar olacaq. İkinci halda isə hakimiyyət dəyişikliyinə gedə-gedə permanent, habelə ölkədə bir xaos yaranacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar