Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Serbiyada ermənilərin Azərbaycana qarşı təxribatı - FOTO

Tarix: 04-12-2018 18:51     Baxış: 3232 A- / A+
Serbiyada ermənilərin Azərbaycana qarşı təxribatı - FOTO


Serbiyada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb.


Bu barədə Manevr.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanın Serbiyadakı səfirliyi son günlər Nikola Tesla adına Belqrad Hava Limanındakı “Duty Free” mağazasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi ərazilərində yaradılan qondarma rejim tərəfindən istehsal olunan və bu rejimin adına uyğun olaraq “Artsakh” brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsullarının “Armenian Flavours” adlı ayrıca guşədə satışa çıxarıldığı faktı aşkar olunub.

Məsələ ilə bağlı Azərbaycan səfirliyi tərəfindən operativ qaydada Serbiyanın dövlət və hökumətinə notalar ünvanlanıb, müvafiq görüşlər keçirilib.

Azərbaycan dövlətinin işğal altında qalan tarixi ərazilərinə Ermənistan tərəfindən qondarma adlar verilərək həmin ərazilərdə istehsal olunan məhsulların xarici ölkələrdə təqdim edilməsinə, onların satışa çıxarılmasına qəti etiraz edilib və bu kimi faktların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik kimi qiymətləndirildiyi bildirilib.

Həmçinin “Azərbaycan Respublikası və Serbiya Respublikası Arasında Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və 21 may 2018-ci il tarixində imzalanan “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nın müvafiq müddəalarına istinad edərək Nikola Tesla adına Belqrad Hava Limanındakı “Duty Free” mağazasında “Artsakh” brendi adı ilə müxtəlif spirtli içki məhsullarının satışının aradan qaldırılması xahiş edilib.

Səfirlik tərəfindən görülən çevik, təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən məhsulların Belqrad Hava Limanındakı “Duty Free” mağazasında satışı qadağan edilib, məhsullar satış rəflərindən yığışdırılıb, Azərbaycan və Serbiya arasında qarşılıqlı etimad və etibara, beynəlxalq səviyyədə mövcud olan davamlı dəstəyə söykənən strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, iki ölkənin milli maraqlarına zidd olan hər hansı bir addımın qarşısının alınacağı vurğulanıb.
Serbiyada ermənilərin Azərbaycana qarşı təxribatı - FOTO




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar