Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani

Tarix: 19-11-2018 21:27     Baxış: 3262 A- / A+
“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani

İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.


Manevr.az
xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib. Prezident bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

H.Ruhani diqqətə çatdırıb ki, İran xalqının Allahdan başqa heç kimdən qorxusu yoxdur. "Biz heç bir dövlətə qarşı sanksiya tətbiq etməmişik. Bölgədə həyata keçirdiyi qeyri-konstruktiv siyasətin məğlubiyyətə uğradığını görən ABŞ İrandan qisas almaq istəyir. Ona görə də iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını sosial vəziyyətini gərginləşdirməyə çalışır. İstəyir ki, ölkədəki sabitliyi pozsun. Lakin xalqın birliyi və düşmənin hiyləsini başa düşməsi buna imkan verməyəcək. ABŞ-ın İrana qarşı apardığı psixoloji müharibə məğlubiyyətə düçar olacaq".

Prezident bəyan edib ki, İran heç bir dövlətin daxili işinə qarışmır və heç bir regiona müdaxilə etmir. H.Ruhani Urmiya gölünün quruması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, əgər hökumət tədbirlər görməsəydi, bu gün göldə bir damcı da olsun su qalmazdı. Məhz dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Urmiya gölünün quruması dayanıb. Gələcəkdə daha səmərəli tədbirlər hazırlanaraq gölün suyunun əvvəlki səviyyəyə qalxması təmin ediləcək./Azərtac


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar