Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

BMT Baş Assambleyası Azərbaycanın qətnaməsini qəbul etdi

Tarix: 18-11-2018 11:30     Baxış: 3281 A- / A+
BMT Baş Assambleyası Azərbaycanın qətnaməsini qəbul etdi

Sosial, humanitar və mədəniyyət məsələləri üzrə BMT Baş Assambleyasının üçüncü komitəsi cümə günü konsensus əsasında Azərbaycanın da müəlliflərdən biri olduğu “İtkin düşmüşlər” qətnaməsini qəbul edib.

Manevr.az oxu.az-a istinadla xəbər verir ki, sənədin layihəsini təqdim edən Azərbaycan nümayəndəsi qeyd edib ki, dövlətlər bu məsələni bütövlükdə həll etməlidir. Eyni zamanda itkin düşmüş uşaqlara xüsusi diqqət yetirilməsinə çağırış edilib, qurbanların ailələrinə diqqətin vacibliyi vurğulanıb.

Ermənistan nümayəndəsi bəyanatında silahlı münaqişələr zamanı humanitar fəaliyyətin vacibliyini vurğulayaraq, ölkəsinin “mühüm təkliflərinin” qətnamənin yekun layihəsində “kifayət qədər” əks olunmadığından təəssüfünü bildirib.

Qeyd edək ki, “İtkin düşmüşlər” qətnaməsinin yenidən baxılan layihəsinin müəllifləri Azərbaycan, Belarus, Braziliya, Cibuti, Qazaxıstan, Paraqvay və Çilidir.

Sənəddə BMT BA silahlı münaqişəyə cəlb olunan tərəfləri insanların itkin düşməsinə gətirib çıxaran vəziyyətlərin yaranmaması üçün bütün zəruri tədbirlərin görülməsinə; belə vəziyyətlər nəticəsində itkin düşmüş hesab edilən şəxslər barəsində məlumatları dəqiqləşdirməyə və fakt təsdiqləndiyi halda qanun pozuntusunun hərtərəfli, operativ, qərəzsiz və səmərəli tədqiqatlarının keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə; beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə uyğun olaraq günahkarların məhkəməyə cəlb olunmasını təmin etməyə çağırır.

BMT BA “silahlı münaqişəyə cəlb olunan tərəfləri beynəlxalq öhdəliklərinə uyğun olaraq insanların itkin düşməsi hallarının aydınlaşdırılması üçün, o cümlədən informasiya mübadiləsi, zərər çəkənlərə yardım göstərilməsi, itkin düşmüşlərin şəxsiyyətinin və harada olmasının təyin edilməsi, insan qalıqlarının tapılması, tanınması və qaytarılması, mümkün olduğu halda isə dəfn yerlərinin üzə çıxarılması, xəritədə qeyd edilməsi və mühafizəsi məsələlərində əməkdaşlığa çağırır”.

Qətnamə çərçivəsində BMT BA sözügedən məsələyəi 75-ci sessiyasında baxmağa qərara alıb.
Azərbaycanın hərbi əsirlər, girovlar və itkin düşmüş vətəndaşların məsələləri üzrə Dövlət Komissiyasının məlumatına görə, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 3888 nəfərin (onlardan 718 nəfər mülki vətəndaş), o cümlədən 71 uşağın, 266 qadının, 326 qocanın itkin düşməsi qeydə alınıb.

Əsirlikdə hələ də 871 azərbaycanlı qalmaqdadır ki, onlardan 267-ci mülki vətəndaşdır, o cümlədən 29 uşaq, 98 qadın, 112 qoca.

Erməni əsirliyindən 1480 nəfər azad edilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar