Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu hökuməti Qarabağ maraqlandırmır...”

Tarix: 21-10-2018 11:15     Baxış: 2286 A- / A+
“Bu hökuməti Qarabağ maraqlandırmır...”
ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır.


Manevr.az
xəbər verir ki, keçmiş diplomat bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzi tərəfindən təşkil edilmiş “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda müzakirələrdəki çıxışı zamanı deyib. Uorlik bildirib ki, o Tramp administrasiyasının Qarabağ məsələsi ilə maraqlandığına dair hər hansı əlamət görmür.
“Bu hökuməti Qarabağ maraqlandırmır...”


“Moskvanın etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirləri dəstəkləmək marağı var. ABŞ bunda iştirak etməlidir. Sonuncu administrasiya (Obama administrasiyası) bu prosesi başladı, amma mən indiki administrasiyanın Dağlıq Qarabağla maraqlandığına dair hər hansı sübut görmürəm”-Ceyms Uorlik belə deyib.

Onun fikrincə ABŞ-ın Minsk Qrupundakı indiki həmsədrinin ən azından səfir ranqı olması vacibdir. Ceyms Uorlik qeyd edib ki, ABŞ, Fransa və Rusiya hazırda Qarabağ məsələsində insanlar arasında təmaslara və etimadın möhkəmləndirilməsinə diqqət yetirməlidir.

Bəs münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdiirilməsinə ABŞ-ıın mövqeyi necə olacaq? Ceyms Uorlik müzakirə iştirakçılarından birninbu barədə sualına cavab verərək deyib ki, həmsədr ölkələr arasında heç bir sənəddə əksini tapmayan centlmen razılaşması var. Bu razılaşmaya əsasən Minsk Qrupu razılaşır ki, həmsədr ölkələrin və ya qonşu ölkələrin qüvvələri sülhməramlı missiyada iştirak etməyəcək.

Keçmiş həmsədr hesab edir ki, Qarabağda münaqişə alovlansa Rusiya onu təkbaşına həll etmək imkanında olmayacaq. Onun fikrincə digər münaqişələrdən fərqli olaraq Rusiya və ABŞ-ın Qarabağda ümumi maraqları var: qeyri-stabil situasiya və hərbi əməliyyatlar onların heç birinin maraqlarına uyğun deyil.

Ceyms Uorlik münaqişənin həllinə dair ötən il müzakirə olunmuş “Lavrov planı” haqda da danışıb. “Lavrov tərəfindən təklif edilmiş nizamlama planı bizim təklif edəcəyimizdən çox da fərqlənməzdi”-o bildirib.(virtualaz.org)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar