Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bayram Səfərov: "Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür"

Tarix: 10-10-2018 18:00     Baxış: 2347 A- / A+
Bayram Səfərov: "Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür"

"Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın və bir qrup Rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa səfərini pisləyirik. Çünki bu səfər heç bir halda sülhə xidmət etmir".

Manevr.az bildirir ki, bu fikirləri yap.org.az saytına "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Anna Hakopyanın təşəbbüsü ilə baş tutan bu səfər qanunsuzdur. Çünki həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi bizim ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır.

"Əlbəttə ki, Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Əgər belə olmasaydı, nə üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistanın işğalçı hərbi birləşmələri movcuddur. Mən Ermənistanın baş nazirinə və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız? Axı torpaqlar bizə məxsusdur və o torpaqlardan Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər- evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə erməni hərbi birləşmələridir. 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Gerçək sülh əldə etməyin yolu da budur. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar. Əgər Anna Hakopyan sülh istəyirsə, buyursun bu suallarımıza cavab versin. Yoxsa, həm Ermənistan cəmiyyətini, həm də beynəlxalq ictimaiyyəti belə "kampaniyalarla" aldatmaq cəhdi heç bir nəticə verməyəcək. Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir. Sadə ermənilər yaxşı yaşamaq üçün Azərbaycanın qanunları altında yaşamaq istəsələr də, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağın separatçı rejiminin rəhbərliyi buna imkan vermir", - deyə, Bayram Səfərov vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar