Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Polkovnik Ramaldanovdan müharibə xəbərdarlığı

Tarix: 03-05-2018 15:46     Baxış: 3377 A- / A+
Polkovnik Ramaldanovdan müharibə xəbərdarlığı

Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. 02-AC-416 dövlət nömrə-nişanlı "KamAZ 43114" markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-a bildirib ki, ermənilərin təxribatı gözlənilirdi.


"Ermənistanda vəziyyət çox gərgindir. Daxili problemlərdən diqqəti yayındıra biləcək istiqamət isə Qarabağdır. Biz bunu gözləyirdik. Hətta bu vəziyyətdə təxribatların artma riski çoxalıb. Bununla bağlı hansısa fövqəladə vəziyyət də yarana bilər. Təxribatların məqsədi ondan ibarətdir ki, Azərbaycanı adekvat addım atmağa məcbur etsinlər və bununla Sarkisyanın komandasının hakimiyyətinin möhkəmlənməsinə nail olsunlar. Hazırda Silahlı Qüvvələrimiz cavab atəşi ilə təxribatların qarşısını alır, atəş nöqtələrini susdurur. Biz vəziyyəti izləyirik və nəzarətdə saxlayırıq".

Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır vəziyyətdədir

Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanda olan vəziyyət təxribat riskini çoxaltsa belə, bu, işğalçı ölkənin xeyrinə olmaya da bilər: "Ermənistanda hakimiyyətsizlikdir. Cəmiyyət parçalanıb. Bu fonda Ermənistan silahlı qüvvələri psixoloji təsir altındadır. Azərbaycan Ordusu bir məqamı gözləyir. Amma bu məqam Ermənistanla bağlı yox, marağı olan dövlətlərin təsirindən asılıdır. O təsir minumuma enəndə Azərbaycan Silahlı Qüvvələri tarixi şansdan istifadə edərək torpaqlarımızı işğaldan azad edəcək. Bunun deməyə əsaslar da var. Çünki Ermənistanda rəhbərliyə kim gəlirsə-gəlsin işğalçı siyasət dəyişməyəcək. Nikol Paşinyan da Qarabağ siyasətini sərt ifadələrlə açıqladı. Ona görə də hesab edirəm ki, sülh yolu ilə münaqişənin həlli minuma enib, hərb yolu ilə həlli isə maksimuma çatıb. Sadəcə məqamdır. Ermənistandakı hərc-mərclik dövründə üçüncü dövlətlər Qarabağa təsirlərini minumuma endirəcəklər və bu məqamda Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirməli olacaq".

İşğala son qoymaq üçün tarixi şans 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər

"Biz müharibə şəraitindəyik. İşğal olunmuş torpaqlar azad olunmayana qədər bu vəziyyət dəyişməyəcək. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün tarixi şans hər an yetişə bilər. Bu, 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər. Cəmiyyət yaranmış vəziyyətlə əlaqədar işğala son qoyulmasına çağırış edirsə, bu, Azərbaycan prezidentinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına bir daha Qarabağla bağlı birliyini nümayiş etdirir. Qarabağla bağlı bir mövqedən çıxış edərək öz dəstəyini göstərirlər. Bu, Azərbaycanın gələcəkdə ordunun gücü ilə ərazi bütövlüyünü bərpa etməsi baxımından çox böyük amildir. Azərbaycan vətəndaşı aprel hadisələrindən bu günə qədər hələ də sakitləşməyib".

Dağlıq Qarabağdakı hərbi birləşmələrin İrəvan ətrafına cəmləşdirilməsinə gəlincə Ş.Ramaldanov deyib: "Ermənistandakı Qarabağ klanı başa düşür ki, vəziyyət onların ziyanına dəyişə bilər. Ona görə tədbirlər alırlar ki, daxildə olan hərc-mərcliyə son qoyulsun. Yəni əhalini müəyyən şəkildə hazırkı yanaşmasından çəkindirsinlər. Burada güc varinatı da ola bilər. Çünki danışıqlar heç bir nəticə vermir. Qarabağ klanı bütün vəzifələri tutmaqdadır. Onlar çalışırlar ki, nəyin bahasına olursa-olsun varlıqlarını davam etdirsinlər. Hərbi birləşmələr İrəvana istiqamət alıbsa, deməli hansısa tapşırıq alıblar".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar