Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili dama qalxmasının səbəbini açıqladı:POLİSLƏR...

Tarix: 17-12-2017 10:12     Baxış: 3369 A- / A+
Saakaşvili dama qalxmasının səbəbini açıqladı:POLİSLƏR...


Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində saxlanılmasının təfərrüatlarını açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanıldığı gün ukraynalı polislər onun yaşadığı ünvana səhər saat 7.00-da gələrək 45 dəqiqə ərzində mənzilin qapısını qırmağa çalışıblar.

Onun sözlərinə görə, polislər mobil rabitə əlaqəsini süni yolla bloklayıblar. M.Saakaşvili qeyd edib ki, tərəfdarlarına zəng edib hadisə barədə məlumat vermək məqsədi ilə binanın damıma çıxmağa qərar verib. O, dama çıxmaqla iki saat vaxt udduğunu qeyd edib: “İnsanlar yuxudan oyandı, məlumatı əldə etdi və nəticədə binanın qarşısında xeyli sayda tərəfdar və KİV nümayəndələri toplaşdı”.

Gürcüstanın sabiq prezidenti binanın damında əllərinə qandal vurulmasına imkan vermədiyini qeyd edib. Onun sözlərinə görə, mənzilə daxil olduqdan sonra polislərə duş qəbul etmək istədiyini bildirib: “Mən duş qəbul edərkən polislər vanna otağının qapısını döyməyə başladı, sonra otaqda dava düşdü və sonda polislər onun əllərinə qandal vurmağa nail oldular”.

Mixail Saakaşvili təcridxanada ona normal münasibət göstərildiyini qeyd edib: “Adi, standart və təmiz kamera idi, 13 saylı. Yeri gəlmişkən, duş kabinəsi ilə təchiz edilmiş yeganə kamera idi. Yeməkdən imtina etmişdim, amma çayla problem yox idi, istənilən kimi verilirdi”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar