Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

AİHM-dən Ermənistana sarsıdıcı zərbə

Tarix: 14-12-2017 11:30     Baxış: 4436 A- / A+
AİHM-dən Ermənistana sarsıdıcı zərbə
Elman Məmmədov: “AİHM-nin həmin qərarı Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsdiqləyir” Əliməmməd Nuriyev: “Bu qərarın mühüm siyasi-hüquqi əhəmiyyəti var”
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib. Belə ki, AİHM-nin Ali Palatasının “Çiraqov və digərləri Ermənistana qarşı” iddiası ilə əlaqədar verdiyi qərarda göstərilir ki, vurduğu maddi və mənəvi zərərə görə Ermənistan hökuməti 6 iddiaçının hər birinə 5 min avro, habelə 28642 funt sterlinq ümumi xərclərə görə təzminat ödəməlidir.

Qeyd edək ki, 2015-ci ilin 16 iyun tarixində AİHM “Çıraqov və digərləri Ermənistana qarşı” iddia ərizəsini icraata götürərək mülkiyyət hüququnun, şəxsi və ailə həyatına hörmət hüququ və effektiv hüquqi müdafiə hüququnun pozulduğunu qəbul edib. Ermənistana qarşı yönələn sözügedən iddia ilə 6 Azərbayan vətəndaşı, Elxan və Adışirin çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılov çıxş ediblər. Həmin şəxslər 1992-ci ilin mayın 17-də zorla öz evlərindən qovulmuş və onların bütün mülkiyyəti ermənilər tərəfindən zəbt edilmişdi.

AİHM-nin atdığı bu addımı Ermənistana vurulan növbəti hüquqi və diplomatik zərbə hesab etmək olarmı?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Avropa Məhkəməsi bu qərarı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bir daha etiraf və təsdiq etdi: “Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” iddiası üzrə verdiyi qərarda Azərbaycan tərəfi üçün böyük əhəmiyyət kəsb edən bir məqam var. Bir çlox məsələlərdə erməniləri müdafiə və havadarlıq edən, ölkəmizə qarşı qərəzli mövqe tutan Avropa Məhkəməsi sözügedən addımı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini öz qərarı ilə təsdiq və etiraf etdi. Bu da Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Avropa Məhkəməsi qərar verirsə ki, dəymiş zərər ödənilməlidir, deməli, burada işğal faktı təsdiq olunur. Həqiqətən də iddia ərizəsilə çıxış edən insanların yaşadığı ərazilər Ermənistan tərəfindən işğal olunub, onların mal-mülki dağılıb, hüquqları pozulub. Burada məsələnin maddiyyət tərəfi nə Çıraqov qardaşları, nə də digərlərini o qədər də maraqlandırmır. Azərbaycan tərəfini maraqlandıran əsas məqam odur ki, Avropa Məhkəməsinin həmin qərarı Ermənistanın işğalçı olduğunu bir daha təsdiqləyir. Bizim üçün vacib olan məsələnin məhz bu tərəfidir. Bu proses fikrimcə, Azərbaycanın ötən illər ərzində çalışıb hüquqi müstəvidə əldə etdiyi sənədlərə daha bir mühüm sənədin əlavə olunmasıdır. Azərbaycan tərəfi ermənilər üzərində hüquq müstəvisində daha bir uğura imza atdı. Qaçqın və məcburi köçkünlərimiz öz hüquqlarının bərpası istiqamətində bu illər ərzində addım-addım irəliləyiblər. Ermənilərin bu təzminatı ödəyib-ödəməyəcəyinin fikrimcə o qədər də əhəmiyyəti yoxdur. Çiraqov və digərləri, hətta mənim üçün də ilk növbədə vacib olanı odur ki, beynəlxalq qurumlar, həmsədr dövlətlərin səyi ilə sülh danışıqları baş tutsun və doğma yurd-yuvamıza qayıdaq”.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd etdi ki, AİHM-nin sözügedən qərarının ölkəmiz üçün mühüm siyasi-hüquqi əhəmiyyəti vardır: “Bu qərarla Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktı bir daha təsdiqini tapır. Çünki zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsilə bağlı bütün öhdəliklər Ermənistan tərəfinin üzərinə qoyulur. Bununla da həmin torpaqların işğal altında olması faktı bir daha hüquqi baxımdan təsdiq edilir. Eyni zamanda, məhkəmənin qəbul etdiyi qərardan görünür ki, bu davamlı bir prosesdir. Amma kompensasiyanın məbləğilə bağlı 5 min avronun təyin edilməsi gülünc bir rəqəmdir. Avropa Məhkəməsi mülkiyyət hüquqi ilə bağlı məsələlərdə bu qədər aşağı həcmdə qiymətləndirmə aparmamışdı. Burada mülkiyyət məhv edilib, ondan istifadə hüququ tam məhdudlaşdırılıb. O insanlar öz evlərinə gedə, mülkiyyətlərindən istifadə edə bilmir. Ona görə də mülkiyyətin belə qiymətləndirilməsi Avropa Məhkəməsi tarixində bir nonsensdir. Bu da Avropa Məhkəməsinin məsələlərə hüquqdan daha çox siyasi müstəvidə yanaşdığını göstərir. Onu kompensasiyanın hüquqi qiymətləndirilməsi kimi qəbul etmək olmaz. Avropa Məhkəməsi bu günə qədər mülkiyyət hüququnun pozulması ilə bağlı çoxsaylı qərarlara baxıb ki, bu zaman da dəymiş ziyana görə dəfələrlə çox kompensasiya tətbiq edib. O baxımdan hesab edirəm ki, burada da fərqli yanaşmalar tətbiq olunub. Avropa Məhkəməsində nədənsə ölkələrə, onların vətəndaşlarına münasibətdə xüsusilə maddi və mənəvi ziyanın ödənilməsi məsələsində fərqli metodologiya tətbiq olunur. Amma bununla belə qərarın mühüm siyasi-hüquqi əhəmiyyəti var. Bu qərarla AİHM-si bir daha göstərdi ki, Azərbaycan əraziləri məhz Ermənistan tərəfindən işğal altındadır. İşğalda olduğu üçün də vətəndaşlarımız mülkiyyət və digər hüquqlardan istifadə edə bilmirlər. Belədə Azərbaycan ərazilərinin işğalı bir daha hüquqi cəhətdən təsdiq edilir”.movqe.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar