Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi

Tarix: 19-11-2017 00:47     Baxış: 4446 A- / A+
NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Y. Stoltenberq həmin insidentin Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu bildirib. NATO rəhbəri gələcəkdə bu cür halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib.

Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.

“Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar