Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

Tarix: 18-11-2017 19:40     Baxış: 5500 A- / A+
Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək.

Bu barədə APA-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, T. Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək.

Aİ-nin mətbuat ofisindən yeni xüsusi nümayəndənin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verəcəyi ilə bağlı suala da cavab verilib: "Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi və inkişafı üçün əsas maneə olaraq qalır: "Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə atəşkəsə və münaqişənin sülh yolu ilə həllinə sadiq qaldıqlarını bəyan ediblər. Aİ həmçinin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üzrə səylərini dəstəkləyir və bu səyləri tamamlayır. Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Avropa Əməkdaşlıq Proqramının icrası da daxil olmaqla, münaqişə boyunca sülh və etimad tədbirlərini təşviq edir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar