Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda hərbi xidmətlə bağlı qanuna dəyişiklik edilir

Tarix: 15-10-2017 22:07     Baxış: 3378 A- / A+
Azərbaycanda hərbi xidmətlə bağlı qanuna dəyişiklik edilir

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Müddətli həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına hərbi xidmət üzrə məhdudlaşdırma cəzası verilməyəcək.

Manevr.az-ın modern.az-a istinadən məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.

Məcəllənin 50.1-ci bəndinə edilən dəyişikliyə görə, Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

50.2-ci maddəyə edilən dəyişikliyə görə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

Həmçinin Məcəlləyə yeni 50.4-cü maddəsi əlavə edilir. Yeni bəndə əsasən, hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına tətbiq olunmur.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar