Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

SSRİ-dəki son çevriliş: İmperiyanı çökdürən üç gün - Tarix

Tarix: 19-08-2017 12:38     Baxış: 3298 A- / A+
SSRİ-dəki son çevriliş: İmperiyanı çökdürən üç gün


Bu gün SSRİ-dəki son çevriliş cəhdinin 26 ili tamam olur.

Manevr.az axar.azn-a istinadə xəbər verir ki, 1991-ci ildə bir qrup SSRİ lideri, ölkənin son prezidenti Mixail Qorbaçovun hakimiyyətdən uzaqlaşdırıldığını bildirdilər. Onlar Fövqəladə Vəziyyətlə bağlı Dövlət Komitəsinin (QKÇP) yarandığını bəyan etdilər. Qorbaçov tezliklə Krımda tam nəzarət altına alındı. QKÇP Qorbaçovun sağlığındakı problemlərlə əlaqədar vəzifəsini icra edə bilmədiyini və bütün səlahiyyətlərinin vitse-prezident Gennadi Yanayevə verildiyi haqda məlumat yaydı.

Tezliklə bütün SSRİ-də fövqəladə vəziyyət tətbiq edildi, bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı, kütləvi aksiyalar qadağan edildi, Moskva da daxil olmaqla bütün şəhərlərə ordu yeridildi.

Komitəyə ən böyük zərbə Rusiya Sovet Federativ Sosialist Respublikasının Prezidenti Boris Yeltsin tərəfindən vuruldu. Belə ki, Dövlət Təhlükəsizlik Komitəsinin Alfa qrupu əvvəlcə Yeltsini nəzarət altına alsa da, sonradan onun Moskvaya gəlməsinə izn verildi. Bu isə QKÇP-nin çökməsində mühüm rol oynadı.

Avqust çevrilişi 3 gün davam etdi. Avqustun 21-də qiyam yatırıldı, şəhərlərdən ordu çıxarıldı. 22 avqustda isə Mixail Qorbaçov Moskvaya qayıtdı. QKÇP-nin bütün üzvləri həbs edildi. Onlar vətənə xəyanətdə ittiham edilsələr də, sonradan hər biri əfv edilərək azadlığa buraxıldı. QKÇP-dən cəmi dörd ay sonra SSRİ süqut etdi.

Qeyd edək ki, QKÇP-yə SSRİ vitse-prezidenti Gennadi Yanayev, Müdafiə nazirinin müavini Oleq Baklanov, DTK sədri Vladimir Kryuçkov, Baş nazir Valentin Pavlov, Daxili İşlər naziri Boris Puqo, Kəndli Birliyinin sədri Vasili Starodubçov, Dövlət Sənaye, Nəqliyyat, Tikinti Obyektləri Assosiyasiyalarının prezidenti Aleksandr Tizyakov və Müdafiə naziri Dmitri Yazov daxil idi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar